Yuxarı

Onlar erməni vəhşiliyinin şahidi oldu - Moldova KİV

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar erməni vəhşiliyinin şahidi oldu - Moldova KİV

Moldovanın nüfuzlu “noi.md” xəbər portalında “Azad olunan Qarabağ moldovalı jurnalistlərin gözü ilə” sərlövhəli məqalə dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə bu günlərdə Azərbaycanda səfərdə olan xarici jurnalistlərin işğaldan azad olunmuş ərazilərdə olduğu qeyd edilib. Bildirilir ki, xarici jurnalistlər gözəl Qarabağ diyarının ermənilər tərəfindən necə dağıdıldığının, məhv edildiyinin şahidi olublar.

Tarixi, dini və mədəni abidələrin məhv edilməsi, meşələrin qırılmasını gözləri ilə görüblər. Ağdam şəhərinin ermənilər tərəfindən tamamilə məhv edildiyini müşahidə ediblər. Mütəxəssislər, erməni işğalının nəticələrini Xirosimadakı atom bombasının partlaması ilə müqayisə edirlər. Məqalədə qeyd olunur ki, bütün təhlükələrə rəğmən Ermənistan tərəfindən minalanmış ərazilərin xəritəsi təqdim olunmur.

Məqalədə bütün bunlara baxmayaraq, artıq Füzuli rayonunda böyük infrastruktur layihələrə başlandığı, o cümlədən beynəlxalq hava limanının, magistral yolların tikildiyi də vurğulanır.

Tarix
2021.03.04 / 10:04
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla