Yuxarı

YAP-da yenilənmə əməliyyatı: sabah nələr olacaq?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynlinin Axar.az-a müsahibəsi:

- Mart ayının 5-də Yeni Azərbaycan Partiyasının qurultayı keçiriləcək. Sizcə, hakim partiyanın birdən-birə qurultay qərarı verməsinin səbəbi nədir?

- Yeni Azərbaycan Partiyasının qurultay keçirməsi həqiqətən də ani oldu. Xüsusilə də qurultayın keçirilmə tarixinin qısa müddətdə təyin edilməsi müəyyən suallar yaradır. Düzdür, partiyaların nə vaxt qurultay keçirməsi onların daxili məsələləridir. Lakin hakim partiyanın nizamnaməsinə baxdıqda görə bilərik ki, qurultay öncəsi ictimaiyyətə və bütün partiya üzvlərinə bu barədə məlumat verilməli, regionlarda və paytaxtda konfranslar təşkil edilməlidir. Lakin görünür, heç partiyanın İdarə Heyəti üzvlərinin də qurultay barədə məlumatı yoxdur. Buna görə hesab edirəm ki, bu, fövqəladə xarakterli qurultay olacaq və vacib qərarlar qəbul ediləcək, ciddi dəyişikliklər mümkündür.

- Konkret hansı dəyişikliklər və qərarları nəzərdə tutursunuz?

- Yeni Azərbaycan Partiyasının bəzi üzvləri son dövrlərdə ciddi nöqsanlara yol verir. Bu həm partiyanın, həm də hakimiyyətin nüfuzu üçün həyacan siqnalıdır. Real yanaşsaq, YAP belə bir qurultaya çoxdan getməli və öz-özünü təmizləməli idi. Əlbəttə, indi də gec deyil.

- İddia olunur ki, qurultayda çox sayda məşhur YAP-çı rəhbər strukturlardan kənarlaşdırılacaq. Onlar yaşlı və ictimai rəydə nüfuzu azalan simalardır. Adlar da çəkilir...

- Bu şəxslərin kim olduğunu artıq hər kəs bilir. Düşünmürəm ki, ad çəkmək lazımdır. Reallıq ondan ibarətdir ki, həmin şəxslər və onların tabeliyində olan partiya üzvləri bu gün YAP üçün lazımsız yükdür. Lazımsız yükdən əlavə etdikləri əməllər ilə xalqın gözündə hakim partiyanı gözdən salmaqdan başqa bir işə yaramırlar. Xalq bu şəxsləri yaxşı tanıyır və onların getməsini istəyir. Cənab Prezidentin son illərdə apardığı kadr islahatı və korrupsiya əleyhinə mübarizə tədbirləri ölkədə şəffaf mühitin yaradılmasına xidmət edir. Bu təmizləmə YAP-da da getməlidir. Bir daha deyirəm kadr dəyişikliyi bu gün hakim partiyasının gündəliyində prioritet məsələdir. Partiyanın gənc, vətənpərvər, innovativ düşüncəyə sahib yeni üzvləri daha ön plana çıxmalı və hakim vəzifələrə təyin edilməlidir. Yəni Yeni Azərbaycan Partiyası yenilənməlidir.

- Bu gün cəmiyyətdə belə bir fikir var ki, çox sayda məşhur YAP-çı partiya sıralarından uzaqlaşdırılacağı təqdirdə yeni bir partiya ətrafında formalaşıb müxalifətə çevrilə bilər.

- Maraqlı iddiadır. Mənə Türkiyədə MHP sıralarından ayrılıb İYİ Partiyası quran keçmiş MHP-çiləri xatırlatdı. Lakin adı üstündə iddiadır. Bu gün belə bir şeyin YAP sıralarında da baş verəcəyini düşünmürəm. YAP kimisə partiya sıralarından uzaqlaşdırırsa, həmin şəxsin özünə partiya yaradıb ətrafına tərəfdar toplaması inandırıcı deyil. YAP-ın etimadını itirən birinə heç kəs güvənməz. Xüsusilə də müxalifətdən kimsə. Xalqa gəldikdə isə xalqımız kimin kim olduğun yaxşı bilir. Yəni xalqın gözü tərəzidir.

Tarix
2021.03.04 / 14:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla