Yuxarı

ABŞ-ın Rusiyaya qarşı planında Paşinyan... - Oqtay

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baydenin ABŞ-da hakimiyyətə gəlişi ilə dünya siyasəti yenidən şəkillənəcək.

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış türkiyəli ekspert Həsən Oqtay ABŞ və Britaniyanın Rusiyaya yeni sanksiyalar tətbiq etmə ehtimalından danışarkən deyib.

Ekspert bildirib ki, Bayden və onun komandası yaxın zamanlarda Rusiya, Çin və İrana qarşı fərqli bir strategiya tətbiq edəcək. Bunun əsası Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə qoyulacaq:

“Üstəlik, Avropa İttifaqı da Navalnı hadisəsindən sonra Rusiyaya qarşı mövqe tutub. Bu, Amerikanın işini bir az asanlaşdıracaq. ABŞ Rusiyanı regionda təkləmək üçün Türkiyə siyasətini də yenidən gözdən keçirməyə başlayıb”.

H.Oqtayın sözlərinə görə, Nikol Paşinyanın Rusiyanın müdafiə sisteminin əsaslarından biri olan “İsgəndər”lə bağlı çıxışı da bu məzmunda qiymətləndirilməlidir:

“Paşinyanın açıqlamasından sonra dünya bazarlarında Rusiya silahlarına olan etibarlılıq və güvən zəifləyib. Rus silah şirkətləri dəyər itirməyə başlayıb. Amerika bölgədə fərqli metodlardan istifadə edərək rəsmi Moskvanı bu və digər formada nüfuzdan salacaq və sonra ölkədəki problemləri qabardaraq, Rusiyanı daxili işləri ilə üz-üzə qoyacaq”.

Həmsöhbətimizin fikrincə, Rusiyanın siyasi mühitində qeyri-müəyyənlik var:

“Görünür, ABŞ bu qeyri-müəyyənliyi çox yaxşı istiqamətləndirərək Rusiyada dəyişikliklərin transformasiyasını təmin edəcək. Eyni üsulu İran üçün də demək olar”.

Tarix
2021.03.06 / 09:00
Müəllif
Xədicə Nəbiyeva
Şərhlər
Digər xəbərlər

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla