Yuxarı

Kolumbiya mətbuatı Vətən müharibəsindən yazdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kolumbiya mətbuatı Vətən müharibəsindən yazdı

Kolumbiyanın ən aparıcı KİV-lərindən olan “El Pais” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovla müsahibə əsasında “Azərbaycan və Kolumbiya əlaqələrini gücləndirir” başlıqlı yazı dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən Axar.az-a verilən məlumata görə, yazıda 26 fevral tarixində Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş və 600-dən çox mülki insanın həyatına amansızcasına son qoymuş Xocalı soyqırımının 29-cu ildönümünü yad etdiyi bildirilir.

Qeyd olunur ki, 30 ilə yaxın bir müddətdən sonra Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını azad etməyə nail olmuş və bu nəticə 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla rəsmiləşib.

Yazıda səfirə istinadən işğaldan azad edilmiş ərazilərin Ermənistan tərəfindən tamamilə dağıdıldığı və Xirosima şəhərinin atom bombardmanından sonrakı durumunu xatırlatdığı, bu ərazilərdə Azərbaycana aid tarixi-mədəni irsin, eləcə də bütün yaşayış infrastrukturunun məhv edildiyi və hazırda Azərbaycan tərəfindən burada bərpa işlərinə başlanıldığı deyilir.

Təmsilçimizin sözlərinə istinadən, Kolumbiyanın Latın Amerikası regionunda Azərbaycanın ənənəvi tərəfdaşlarından biri olduğu, hər iki ölkədə diplomatik nümayəndəliklərin fəaliyyət göstərdiyi bildirilir və ölkəmiz üçün olduqca vacib önəm daşıyan münaqişə məsələsində Kolumbiyanın tutduğu ədalətli mövqeyə görə minnətdarlıq ifadə olunur.

Tarix
2021.03.09 / 09:32
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla