Axar.az
Yuxarı

Axar.Az Logo

Kuznetsov: Zəngəzurun geri qaytarılması prosesi gedir - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:05

Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici jurnalistlər üçün 4 saatlıq mətbuat konfransında verdiyi bəyanatlar fonunda İrəvan baş verənlərə tam sağlam baxış nümayiş etdirir. Xüsusilə Zəngəzurun tam olaraq Azərbaycanın nəzarəti altına keçmə məsələsi ətrafında müzakirələr bunu deməyə əsas verir.

Bu barədə Axar.az-a açıqlamasında tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.

Xatırladaq ki, Ermənistanın sabiq xarici işlər naziri, Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyasının deputatı Vartan Oskanyan bu günlərdə bəyan edib ki, Ermənistanda daxili siyasi və sosial böhran davam edərsə, İrəvan Sünik (Zəngəzur) ilə tam vidalaşmalı olacaq. Biz bütün bu əraziləri Azərbaycanın nəzarətinə qaytarmağa borclu olacağıq”, – deyə Oskanyan bildirib.

Oleq Kuznetsovun sözlərinə görə, son zamanlar Zəngəzurun qaytarılması mövzusu erməni siyasətində çox fəal şəkildə müzakirə olunur:

“Gəlin bəzi məqamlara diqqət yetirək - martın 5-də İrəvanda Ermənistanın İnsan Hüquqları üzrə Müvəkkili Arman Totoyan mətbuat konfransı keçirdi. Onun bu konfrasda dedikləri böyük səs-küyə səbəb oldu. Totoyan bildirdi ki, Zəngəzurda və ümumiyyətlə bütün perimetrdə sərhədlərin delimitasiyası prossesi təcili olaraq dayandırılmalıdır. Çünki artıq İrəvanda hamı başa düşür ki, bu prosseslər hələ sovet dövründə Ermənistanın "sürünən təcavüz" taktikası ilə əldə etdiyi bütün “erməni ərazilərinin” itirilməsinə səbəb olacaq”.

Onun sözlərinə görə, sözsüz ki, söhbət Azərbaycanın Ermənistan ərazisindəki eksklavlarından gedir.

“Lakin Totoyan Qazax və ya Naxçıvan haqqında danışmır. Əsas müzakirələr Zəngəzur barəsində gedir. Bu o deməkdir ki, Zəngəzurun Azərbaycan torpağı olması faktı erməni xalqının özünün də beynində mövcuddur. Hətta bu fikrin daşıyıcıları Ermənistanda durmadan artır.

Artıq bəzi ermənilər özlərində güc tapıb, əsas fobiyalarını kədərli səslə səsləndirməyə qərar verib. Onlar Ermənistanda nəinki iqtisadi, həm də siyasi kollapsın qaçılmaz olduğunu, 1921-ci il Qars müqaviləsinə uyğun olan sərhədlərə qayıtmalı olduqlarını hiss edirlər. Erməni cəmiyyəti getdikcə daha aydın başa düşür ki, əgər o, ədalət qanunları ilə yaşamayacaqsa, onda o, Azərbaycanın müəyyən etdiyi güc qaydalarına uyğun yaşamalı olacaq", - deyə müsahibimiz vurğulayıb.

Tarix
2021.03.09 / 16:38
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Azay Quliyev missiya rəhbəri kimi Albaniyaya gedir

Rusiya ilə bağlı “ağır ssenari”: Navalnı da ölərsə... - Video

Gürcüstan DTX: Bakı və İrəvanla təmaslar...

Tiflis Bakı-İrəvan arasında vasitəçilik edir? Səmimidirmi?

Fransa Qarabağın bərpasına can atır, yoxsa?.. - Şərh

Bayramov misirli həmkarına başsağlığı verdi

Prezident Pakistanla daha bir sazişi təsdiqlədi

Türkiyənin yeni səfiri bu gün Azərbaycana gəlir

Bakıdan tələb edildi: 120 min azərbaycanlı... – Millət vəkili

Sursatlar kifayət etmir: Rusiya hücum etsə... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla