Yuxarı

“Dəhşətli savaş” olmayacaq, Rusiya dərhal Kiyevə girəcək...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Dəhşətli savaş” olmayacaq, Rusiya dərhal Kiyevə girəcək...

Qərbin ən vacib siyasəti Rusiyaya Sovet İttifaqının analoqu kimi ola biləcək heç nəyin canlandırılmasına imkan verməməkdir. Bu, Qərbin ən böyük qorxusudur.

Axar.az xəbər verir ki, bu fikirləri erməni əsilli rusiyalı kinorejissor Karen Şahnazarov Rusiyanın “Rossiya 1” kanalının canlı efirində “Vladimir Solovyovla axşam” proqramında səsləndirib.

“Bu fikirlər barədə hələ vaxtnda Bill Klinton açıq olaraq danışırdı. Bunu Qərbdə heç kəs gizlətmir. Bu, həqiqətən də onların ən dəhşətli qorxusudur. Qeyd etmək lazımdır ki, bütün bunlar Rusiyaya manevr üçün çox böyük imkanlar yaradır. Məsələn, artıq aydındır ki, Qərb Ukraynanı müharibəyə təhrik edir. Tutalım, Kiyev hücuma keçir. Aydındır ki, bununla da Rusiyanın silahlı cavaba bütün əsasları olur, çünki hazırda Donbasda yarım milyona yaxın Rusiya vətəndaşı yaşayır. Bu vəziyyətdə dəhşətli müharibənin başlayacağı ilə bağlı bütün hekayələr tamamilə əsassızdır. Heç bir dəhşət olmayacaq. Ukrayna ordusu çox tez bir zamanda süquta ugradılacaq. Kiyev alınacaq. Heç partizan müharibəsi də olmayacaq. Çünki Ukrayna Əfqanıstan deyil... Bundan başqa, Ukrayna əhalisinin böyük hissəsi Rusiyanı dəstəkləyəcək”, - deyə o bildirir.

Onun sözlərinə görə, bundan sonra baş verəcəklər çox maraqlıdır:

“Buna cavab olaraq Qərb heç nə təqdim etməyəcək, çünki onlar Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxarmaq üçün Moskva ilə sövdələşməli olacaqlar. Ukraynanı müstəqil dövlət kimi saxlamaqdan ötrü Qərb hətta Rusiyaya sanksiyaları təxirə də sala bilər. Onlar hətta müstəqil, lakin rusiyapərəst hökumətə malik olan Ukraynaya da razı olacaqlar. Bu isə artıq tamamilə başqa ssenaridir. Bunu da Qərbdə anlayırlar. Çünki məhz bu, SSRİ-nin analoquna çevrilmək deməkdir”.

Tarix
2021.04.08 / 14:51
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla