Yuxarı

Paşinyan ən ağır zərbə aldıqları əməliyyatdan danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan ən ağır zərbə aldıqları əməliyyatdan danışdı

Lələtəpə əməliyatını hərbçilər hazırlamışdı, qərarı da hərbçilər vermişdi.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Lələtəpənin qaytarılması əməliyyatını general təklif etmişdi, uğur ehtimalını general dəyərləndirmişdi, qərarı general qəbul etmişdi. Söhbət həmin vədə bu qərarı icra etmək imkanına malik generallardan gedir”, – deyə o bildirib.

Paşinyan əməliyyatla bağlı fikrini ifadə etmədiyini, ən yüksək vəzifəli hərbçinin (Qasparyan nəzərdə tutulur – red.) əməliyyatı dəstəklədiyini bildirib.

Baş nazir Lələtəpəyə hücumun hədəfinin Cəbrayıla keçən Azərbaycan ordusunu mühasirəyə salmaq olduğunu deyib.

Nikol Paşinyan daha sonra əməliyyatı təklif edən generalın adını çəkib - Samvel Babayan:

“İlk bir neçə saat uğurlu idi, lakin tank bölmələrindən birinin rəhbəri sonradan öz tapşırığını icra etmədi. Bölməyə hazırda müxalif fəaliyyətlə bağlı aktiv mövqe tutan yüksək vəzifəli hərbçilərdən birinin oğlu (Seyran Ohanyanın oğlu – red.) rəhbərlik edirdi”.

Qeyd edək ki, Ermənistan ordusu 44 günlük müharibədə ən ağır zərbələrdən birini Lələtəpədə alıb. Belə ki, Lələtəpəyə hücum edən Ermənistan ordusunu Azərbaycanın Şanlı Ordusu cəmi bir neçə saat ərzində tamamilə darmadağın edib, 1300-dən çox əsgər, onlarla hərbi texnika itirən düşmən Ermənistan sərhədinə qədər geri çəkilməyə məcbur olub.

Tarix
2021.04.14 / 16:15
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla