Yuxarı

Erməni mediası təsdiqləyir: Əliyevlə Paşinyan razılaşıb...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni mediası təsdiqləyir: Əliyevlə Paşinyan razılaşıb...

“Hraparak” nəşri Rusiyadakı mənbələrinə istinadən yazır ki, Nikol Paşinyan İlham Əliyevə verdiyi vədləri yerinə yetirmədiyi üçün Bakı “əsir”ləri (diversantlar) qaytarmır.

“Ortada iki məsələ var. Birincisi, erməni qoşunlarının Qarabağ ərazisindən çıxarılmasıdır. Bu məsələ artıq həll olunmaqdadır, ona görə tələb kimi əhəmiyyətini itirib. İkinci məsələ Tavuşla bağlıdır (Qazaxın 7 kəndi). Mənbənin məlumatına görə, kəndlərin qaytarılması ilə bağlı şifahi razılaşma 11 yanvar Moskva görüşündə əldə olunub. Lakin Paşinyan seçki ərəfəsində bunu etmək istəmir”.

Bu məsələ ilə bağlı bir neçə dəfə yazmışıq. Bakının əsas şərti üçtərəfli bəyanatın 4-cü bəndinin – qoşunların çıxarılması – yerinə yetirilməsidir. Bununla bağlı prosesin getdiyi haqda məlumatlar var. Qazaxın 7 kəndinin gündəmdə olduğu da məlumdur, lakin Paşinyanın seçki ərəfəsində buna getməsi revanşistlərin əlini gücləndirəcək. Ermənistanın daxili siyasi proseslərində oyunçuya çevrilən Bakı da bunu istəmir.

Bu kontekstdə Tavuşun “mən nə qədər vəzifədəyəm, kəndlər qaytarılmayacaq” bəyanatını verən qubernatoru Hayk Çobanyanın vəzifədən çıxarılması, yerinə Paşinyanın ailə dostu olan Ayk Qalumyanın gətirilməsi diqqət çəkir.

Seçkidən sonra Qazaxın kəndlərinin təhvil verilməsinin şahidi ola bilərik, hələlik, seçkidə Nikolun qalib gəlməsinə köklənməliyik.

Tarix
2021.04.14 / 23:29
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla