Yuxarı

Batya Bakıdan ayrılan kimi niyə Putinə zəng etdi? - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Batya Bakıdan ayrılan kimi niyə Putinə zəng etdi? - Video

14:02

Belarus Prezidenti Aleksandr Lukaşenko Bakını tərk etdikdən bir gün sonra Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. Maraqlıdır ki, prezidentlər telefon danışığında iki ölkə arasındakı əlaqələrin indiki səviyyəsi ilə yanaşı, Qarabağ mövzusunu da müzakirə ediblər.

Belarus Prezidentinin rusiyalı həmkarıyla Qarabağ məsələsini müzakirə etməsini necə qiymətləndirmək olar?

Axar.az xəbər verir ki, suala aydınlıq gətirən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Aleksandr Lukaşenko Bakıdakı açıqlamalarında Azərbaycana dəstək verdiyini gizlətmədi:

“Lukaşenko onu da dedi ki, Minsklə Bakı arasında fikir ayrılığı yaradan heç bir məsələ yoxdur. Mümkündür ki, qapalı görüşdə rəsmi Bakının “İsgəndər” raketləriylə bağlı Moskvanın siyasətindən narazılıq da səsləndirilib. Belarus Rusiyanın müttəfiqi sayılır. Ona görə Bakı Moskva ilə təmaslarında Minskin imkanlarından da istifadə edə bilər. Lukaşenkonun belə bir təcrübəsi var. Belarus Prezidenti daha öncə Azərbaycan Prezidentinin Qarabağ münaqişəsinin həlliylə bağlı mesajlarını Ermənistanın keçmiş prezidentinin də diqqətinə çatdırmışdı”.

Tarix
2021.04.15 / 16:04
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla