Yuxarı

Ermənistan üçün “vahid güc” dövrü bitdi - Zülfüqarov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan üçün “vahid güc” dövrü bitdi - Zülfüqarov

Ermənistanda artıq heç bir qüvvə təkbaşına dominant siyasət apara bilməyəcək. İstənilən halda parlament seçkiləri bunu bir daha sübut edəcək. Bu gün Ermənistanda ciddi bir qütbləşmə mövcuddur və bu, seçkilərə təsir edəcək.

Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanda seçkiqabağı vəziyyət haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Ermənistan cəmiyyəti seçkiqabağı ciddi bir qütbləşmə halındadır:

“Belə ki, ölkədə qərbyönümlü insanlarla rusiyayönümlü insanların fikir ayrılığı dərinləşir. Təbii ki, bu, siyasi partiyalar, onların seçki kampaniyaları, eyni zamanda vədlərinə də təsir edir.

Xüsusilə bu gün ölkədə 44 günlük müharibənin verdiyi bir inamsızlıq mühiti mövcuddur. İnsanların böyük bir qismi düşünür ki, Qərbə meyil etmək lazımdır və Ermənistanın xilası Qərbdədir. Lakin bu bir reallıqdır ki, qərbyönümlü partiyalar seçkilərdə təkbaşına qalib gələ bilməyəcək və buna görə koalisiya hökuməti formalaşacaq. Ümumiyyətlə, artıq Ermənistanda o dövr deyil ki, hansısa siyasi qüvvə dominantlıq etsin.

Təcrübə göstərir ki, koalision hökumətlər elə də uğurlu olmur - xüsusilə də bu Ermənistan kimi bir ölkədirsə.

Seçiqabağı gərginlik, fikir ayrılıqları isə seçkilərin nəticələrinə də, sonrakı proseslərə də təsir edəcək”.

Tarix
2021.04.16 / 15:55
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla