Yuxarı

Tiflis Bakı-İrəvan arasında vasitəçilik edir? Səmimidirmi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:51

Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliyanın eyni gündə həm Azərbaycanın, həm də Ermənistanın bu ölkədəki səfirləri ilə ayrılıqda görüşməsi diqqət çəkir. Mətbuata açıqlamada göstərilir ki, Laşa Darsaliya Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Görüşdə bölgədəki vəziyyətə xüsusi diqqət ayırılıb, regionda sülh və sabitliyin önəmi vurğulanıb. Qeyd olunub ki, yeni reallıqları nəzərə almaqla, region ölkələri sıx iş aparmalıdırlar.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliyanın eyni gündə həm Azərbaycanın, həm də Ermənistanın bu ölkədəki səfirləri ilə ayrılıqda görüşməsi haqda danışarkən deyib.

O qeyd edib ki, oxşar cümlələr Laşa Darsaliyanın Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanla görüşündən sonra da yayımlanıb:

“Səfirlərlə eyni gündə keçirilən görüşlər Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq istəyindən irəli gələ bilərmi” sualını yaradır.

Gürcüstan Prezidenti Salome Zurabişvili bir neçə gün əvvəl Tiflisdə erməni həmkarı Armen Sərkisyanla görüşmüşdü. Salome Zurabişvili erməni həmkarı ilə birgə bəyanatla çıxış edərkən bunu demişdi: “Regiondakı istənilən münaqişə bütün bölgəyə təsir edir, buna görə də Qafqazın inkişafı üçün sülh və əməkdaşlığın alternativi yoxdur”.

Salome Zurabişvili Azərbaycan və Ermənistan arasında vasitəçi ola biləcəyinə bu cümləylə işarə etmişdi: “Biz dialoq üçün platforma təklif etdik və bu təklifimiz qüvvədədir”.

Politoloq qeyd edib ki, bu vasitəçiliyin səmimi olması sual altındadır:

“Əgər bu vasitəçilik Ermənistanı Azərbaycana qarşı gələcək təxribatlardan çəkindirəcəksə və regional əməkdaşlığı ön plana çəkəcəksə, Gürcüstanın vasitəçiliyi qəbul oluna bilər. Ancaq biz nəyi müşahidə edirik? Ermənistan prezidenti gürcü həmkarının fəxri qonaqlar kitabına ürək sözlərini yazdıqdan sonra Türkiyə ərazisində yerləşən Ağrı dağının rəsmini çəkib və Salome Zurabişvili bunu sükutla qarşılayıb, hətta sosial şəbəkədə paylaşmağa üstünlük verib. Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında Zəngəzur üzərindən kommunikasiya xətləri açılarsa, iqtisadi zəmində bundan Gürcüstanın elə bir uduşu olmayacaq.

Gürcüstan illərdir Azərbaycan-Ermənistan gərginliyindən öz məqsədləri üçün istifadə edib, iqtisadi qazancını artırıb. İndi Tiflisin siyasətini qəfil dəyişəcəyini və Ermənistanla Azərbaycanı barışdırmaq üçün var gücü ilə çalışacağını söyləmək çətindir”.

Tarix
2021.04.19 / 16:45
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla