Yuxarı

Azərbaycan və Pakistan hərbi əməkdaşlığı müzakirə etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və Pakistan hərbi əməkdaşlığı müzakirə etdi

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Məhəmməd Amcad Xan Niazi ilə görüşüb.

Axar.az xəbər verir ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər münasibətilə təbriklərini çatdıran Məhəmməd Amcad Xan Niazi Pakistanın ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyini, ölkələrimizin bir-birinə göstərdiyi köməyin hər hansı maddi maraqlardan deyil, xalqlarımızın tarixi köklərindən, dini və mədəni əlaqələrindən, ortaq bağlardan qaynaqlandığını vurğulayıb, Kəşmir məsələsində Azərbaycanın Pakistana dəstəyini yüksək qiymətləndirib.

Admiral Pakistan Hərbi Dəniz Qüvvələri tərəfindən keçirilən AMAN-21 beynəlxalq hərbi dəniz qüvvələri təlimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitlərinin iştirak etdiyini və gələcəkdə Azərbaycandan iştirakçıların sayının daha da artırılmasını arzu etdiklərini vurğulayıb. Diqqətə çatdırıb ki, Pakistanın Hərbi Dəniz Qüvvələrinin mövcud təhsil, təlim və hərbi-texniki imkanlarının Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün daim açıqdır.

Amcad Xan Niazini Pakistanın Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsinə təyin olunması münasibətilə təbrik edən Əli Əlizadə Vətən müharibəsində Azərbaycanın Qələbəsi ilə əlaqədar təbriklərə görə təşəkkürünü bildirib, Pakistan dövlətinin və xalqının ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Səfir Azərbaycanın ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıqda maraqlı olduğunu, hərbi dəniz qüvvələri sahəsində də ikitərəfli əməkdaşlığın uğurla davam etdiyini və daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Görüşdə regional təhlükəsizlik və ikitərəfli əlaqələrdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Tarix
2021.04.20 / 19:23
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla