Yuxarı

Soros Bakı və Ankaradan “qisas” alır - Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün AŞPA-da maliyyələşdirdiyi deputatlar vasitəsilə ölkəmizi hədəfə gətirmək cəhdi Soros Fondunun Azərbaycana qarşı qərəzli mövqeyinin növbəti təzahürüdür.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, erməni lobbisi və onun əlaltılarının antiazərbaycan və antitürkiyə fəaliyyəti Sorosun maraqları ilə uzlaşır:

“44 günlük müharibə zamanı əldə edilən tarixi qələbəmizi həzm edə bilməyənlərdən biri də Soros Fondunun yaradıcısı Corc Sorosdur. Paşinyanın əsas himayədarı elə Sorosdur. Xüsusilə biz bunu Fondun Ermənistan hakimiyyəti ilə əlaqələri, erməni lobbisi və onun əlaltılarının antiazərbaycan və antitürkiyə fəaliyyətlərində görə bilərik.

İndiki halda Sorosun antiazərbaycan və antitürkiyə fəaliyyətlərini anlamaq olar. Məsələ ondadır ki, 44 günlük müharibə zamanı həm Azərbaycan, həm də Türkiyə Sorosun məkrli planlarına ciddi zərbə vurdu. Belə ki, Soros nə Azərbaycanın erməni təxribatlarına müharibə ilə cavab verəcəyini, nə də Türkiyənin bu müharibədə Azərbaycana dəstək verəcəyini hesablamışdı. Sorosun məqsədi Paşinyanın prestijini artıraraq bütövlükdə Ermənistanı Qərbə inteqrasiya etmək idi. Bunun üçün isə Tovuz təxribatı törədildi. Lakin rəsmi Bakı Ermənistanın bu təxribatlarına 44 günlük müharibə ilə layiqli cavab verdi.

İndi isə Soros planlarını məhv edən Türkiyə və Azərbaycandan hər vəchlə “intiqam almağa” çalışır. Ötən gün AŞPA-da maliyyələşdirdiyi deputatlar vasitəsilə ölkəmizi hədəfə gətirmək cəhdi də bunu təsdiqləyir”.

Tarix
2021.04.22 / 16:05
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

Bayramov omanlı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla