Yuxarı

Serbiya ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Serbiya ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir - Prezident

Cənab səfir, sizi görməyə çox şadam. Ümid edirəm ki, Azərbaycanda çox mənalı vaxt keçirəcəksiniz. Həmçinin sizdən Prezident Vuçiçə ən xoş salamlarımı çatdırmağınızı xahiş edirəm.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 3-də Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin etimadnaməsini qəbul edərkən deyib.

"Bilirsiniz ki, biz çox fəal ünsiyyətdə oluruq və dəfələrlə görüşlərimiz olub. Hesab edirəm ki, prezidentlər arasında çox mehriban münasibətlər var və bu da, ölkələr arasında münasibətlər üçün vacibdir. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı siz əməkdaşlığımızı irəli aparmaq üçün əlinizdən gələni edəcəksiniz. Bizim üçün Serbiya ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Sizin dediyiniz kimi ölkələrimiz strateji tərəfdaşdır. Əməkdaşlıq sahələri indi bir çox istiqamətləri əhatə edir. Hesab edirəm ki, əsas diqqəti artıq böyük irəliləyiş əldə etdiyimiz sahələrə və fəal əməkdaşlığın ilkin mərhələlərində olduğumuz bəzi sahələrdə hansı işləri görə biləcəyimiz məsələsinə yetirməliyik", - Prezident bildirib.

Tarix
2021.05.03 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla