Yuxarı

İlham Əliyev 2 fərman, 1 sərəncam imzaladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də, 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda və 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

1. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 12, maddə 718; 2007, № 5, maddə 460, № 11, maddə 1117; 2008, № 6, maddələr 496, 497; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə 182; 2011, № 2, maddə 85; 2012, № 11, maddə 1115; 2014, № 10, maddə 1180; 2015, № 8, maddə 913; 2016, № 5, maddə 880, № 6, maddə 1031; 2017, № 3, maddə 388, № 6, maddə 1070, № 9, maddə 1636; 2018, № 5, maddə 943, № 11, maddə 2265; 2019, № 6, maddə 1051) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”nin 17.18-2-ci bəndində “Respublikası” sözü “Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının, Azərbaycanın” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036; 2017, № 4, maddə 526, № 7, maddələr 1340, 1370, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2328; 2018, № 5, maddə 900, № 9, maddə 1825; 2019, № 1, maddə 58, № 4, maddə 618; 2020, № 5, maddə 541) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2.1-ci yarımbəndində aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 1-1-ci abzas əlavə edilsin:

“1-1. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları);”;

2.2. 2-ci abzasda “Milli Qəhrəman” sözləri “Azərbaycanın Milli Qəhrəmanı” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544; 2019, № 7, maddələr 1213, 1233, № 12, maddə 1935; 2020, № 8, maddə 1039) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 7.1-ci bəndi 7.1-1-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 7.1-ci bənd əlavə edilsin:

7.1.Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Radiotezliklər üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 15 avqust tarixli 484 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur:

“Radiotezliklər üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 15 avqust tarixli 484 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 969; 2017, № 1, maddə 51; 2018, № 9, maddə 1840) ləğv edilsin”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasında radiokommunikasiya vasitələrindən və yüksəktezlikli qurğulardan istifadənin səmərəliliyini artırmaq və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək məqsədilə aşağıdakı tərkibdə Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılsın:

Dövlət Komissiyasının sədri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Dövlət Komissiyasının üzvləri

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini.

2. Müəyyən edilsin ki, Dövlət Komissiyasının qərarı ilə dövlət orqanlarının (qurumlarının) nümayəndələri Dövlət Komissiyasının işinə cəlb edilə bilərlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bir ay müddətində Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Tarix
2021.05.04 / 18:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla