Axar.az
Yuxarı

Axar.Az Logo

AP-ın 119 deputatının Bakıya qarşı çağırışı... – Bəyanat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Aİ Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev 119 AP üzvünün Avropa İttifaqı rəhbərliyinə müraciətinə cavab olaraq Bəyanat yayıb.

Axar.az bəyanatın mətnini təqdim edir:

AP üzvləri Andrey Kovaçev (Bolqarıstan), Fransua Bellami (Fransa) və Lukas Furlas (Cənubi Kipr) birgə təşəbbüs göstərərək 119 AP üzvünün imzası ilə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenə və Avropa Şurasının Prezidenti Şarl Mişelə məktub ünvanlayıb. Məktubun surəti həmçinin Aİ Xarici Siyasət idarəsinin rəhbəri Jozep Borrellə göndərilib.

Məktubda 10 noyabr 2020-ci il tarixli üçtərəfli Birgə Bəyanatın 8-ci bəndinə istinad edilərək müharibə əsirlərinin və eləcə də cəsədlərin qarşılıqlı şəkildə “hamının hamıya prinsipi” üzrə dəyişdirilməli olduğu, hərbi əməliyyatlar dayandırıldıqdan sonra bu öhdəliklərin Ermənistan tərəfindən dərhal yerinə yetirildiyi, Azərbaycan tərəfindən isə nəinki yerinə yetirilmədiyi və hətta hərbi əməliyyatların dayandırılmasından sonra da yeni əsirlərin götürüldüyü iddia olunur.

AP üzvləri Azərbaycan tərəfindən 1949-cu il Cenevrə Konvensiyasının tələblərinin pozulduğunu iddia edir və Aİ rəhbərlərindən erməni hərbi əsirlərinin qeyd-şərtsiz olaraq dərhal Ermənistana qaytarılmasını Azərbaycandan tələb etməyə çağırırlar.

Hələ keçən əsrin 80-ci illərinin sonunda Azərbaycan ərazilərinin 20%-nin işğal olunması, 10 mindən çox insanın vəhşicəsinə qətlə yetirilməsi, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsi bütün dünyanın, o cümlədən demokratiya və insan haqlarını yüksək tutduğunu iddia edən Avropanın gözü qarşısında baş verirdi. O zaman bütün dünya və xüsusilə, bölgənin yaxın qonşuluğunda yerləşən Avropa Azərbaycana və onun vətəndaşlarına qarşı törədilən bütün cinayətlərə susqunluq nümayiş etdirirdi. Azərbaycan torpaqlarının işğalını pisləyən və erməni hərbi qüvvələrinin bütün işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri 30 il ərzində kağız üzərində yerinə yetirilməmiş qalmışdı. Yüzlərlə yaşayış məntəqəsini viran qoymuş, minlərlə insanın həyatına son qoymuş Ermənistan ordusunun 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlaması Avropa parlamentarilərini hərəkətə gətirə bilmədi. Azərbaycan torpaqlarında ermənilər tərəfindən törədilmiş etnik təmizləmə, vandalizm və müharibə cinayətlərinin izləri bu gün də işğaldan azad olunmuş ərazilərdə qalmaqdadır.

Ermənistan hərbi qüvvələri tərəfindən yer üzündən silinmiş Xocalı şəhərində, Başlıbel, Ağdaban və onlarla digər kəndlərdə ermənilərin törətdiyi soyqırım hadisələrinə səssiz qalmış Avropa Parlamenti üzvləri bu gün ermənilərin uydurduğu saxta ittihamlara qoşularaq həqiqətə uyğun olmayan iddialarla Azərbaycan dövlətinə, onun Ordusuna və vətəndaşlarına qarşı böhtan kampaniyasında xüsusi fəallıq göstərirlər. AP üzvləri erməni lobbi təşkilatlarının tapşırıqlarını yerinə yetirmək üçün Aİ-nın yüksək rütbəli rəhbərlərinə yalan informasiya verməkdən belə çəkinməyiblər.

Azərbaycanda saxlanıldığı müddət ərzində erməni hərbi əsirləri və digər mülki şəxsləri ilə Azərbaycanın qoşulduğu bütün beynəlxalq sənədlərin, o cümlədən Cenevrə Konvensiyasının tələblərinə uyğun davranılıb və Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiyasına mütəmadi olaraq onlarla görüşmək imkanı yaradılıb. 10 noyabr 2020-ci ildə hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycan Üçtərəfli Birgə Bəyanatın müvafiq bəndinə uyğun olaraq müharibə dövründə əsir götürülmüş bütün hərbçiləri və digər saxlanılmış şəxsləri Ermənistana qaytarıb və bununla da Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərləri arasında imzalanmış Birgə Bəyanatdan irəli gələn bütün öhdəliklərini tam şəkildə yerinə yetirib. Bu günə qədər Azərbaycan 70-dən çox hərbi əsiri və saxlanılmış digər şəxsləri, eləcə də 1500-dən çox döyüş bölgələrində tapılmış erməni hərbçilərinin cəsədlərini Ermənistana təhvil verib. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu hərbi əməliyyatların gedişi zamanı qanunazidd hərəkətlərə yol vermiş hərbçilər haqqında istintaq aparıb və 4 hərbi qulluqçu haqqında cinayət işi açıb.

Torpaqlar işğaldan azad edildikdən sonra Azərbaycan münaqişə səhifəsini birdəfəlik qapatmağa və Ermənistanı bölgədə sülhü və təhlükəsizliyi bərqərar etmək üçün regional əməkdaşlığa qoşulmağa dəvət edib. Ermənistan isə əməkdaşlıq çağırışlarına reaksiya verməyərək beynəlxalq miqyasda Azərbaycana qarşı əks-təbliğat aparmağa qərar verib.

Ermənistan nə beynəlxalq qanunlara, nə də imzaladığı üçtərəfli Birgə Bəyanatın müddəalarına məhəl qoyaraq, Azərbaycan tərəfindən hələ birinci Qarabağ müharibəsi zamanı 4000-ə yaxın əsir götürülmüş və itkin düşmüş insan barədə hər hansı bir məlumat verməkdən, eləcə də vaxtilə işğal etdiyi torpaqlarda minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməkdən imtina edir. Bu günədək 100-dən çox dinc sakin erməni hərbçiləri tərəfindən torpaqlarımızda basdırılmış minaların partlaması nəticəsində həlak olub. Bu kimi faktlara göz yumaraq insan haqlarından, beynəlxalq və humanitar hüquqdan danışan AP üzvləri isə Ermənistanın təcavüzkar hərəkətlərini pisləmək əvəzinə Azərbaycana qarşı erməni lobbiçiləri tərəfindən aparılan qərəzli təbliğat kampaniyalarında həvəslə iştirak edirlər.

Hərbi əməliyyatlar dayandırıldıqdan və münaqişənin başa çatması elan olunduqdan 3 həftə sonra Ermənistan tərəfindən terror və diversiya aktları törətmək üçün Azərbaycan ərazilərinə göndərilmiş Ermənistan hərbiçiləri azad olunmuş ərazilərdə çalışan dinc vətəndaşlara və habelə hərbi xidmət aparan Azərbaycan Ordusunun hərbi qulluqçularına hücum edərək 4 hərbçinin və 1 mülki şəxsin həyatına son qoymaqla cinayət törədiblər. Törədilən cinayət əməllərinin araşdırılması və qanunauyğun tədbirlərin görülməsi üçün saxlanılmış Ermənistan hərbçiləri istintaqa cəlb olunublar. Baş vermiş bu hadisələrlə bağlı bütün maraqlı tərəflərə, o cümlədən ictimaiyyətə, ərazidə yerləşmiş Rusiya sülhməramlı qüvvələrinə və Ermənistan siyasi-hərbi rəhbərliyinə məlumat verilib. Bütün bunlara baxmayaraq, Avropada şəbəkələnmiş erməni lobbi təşkilatları və bu təşkilatların maraqlarına xidmət edən bəzi Avropa siyasətçiləri erməni hərbçilərinin törətdiyi cinayət hadisəsini Avropa rəsmi qurumları və beynəlxalq təşkilatlar qarşısında “humanitar məsələ” kimi təqdim etməyə və bununla da Azərbaycana təzyiq göstərilməsinə nail olmağa cəhd edirlər. Beləliklə, Azərbaycana qarşı irəli sürülən beynəlxalq konvensiyaların pozulması haqqında iddialar həqiqətə uyğun deyil və AP üzvlərinin bilərəkdən belə saxta məlumatlara əsaslanaraq Aİ rəhbərliyinə müraciət etməsi təəssüf doğurur.

Avropada erməni maliyyə qaynaqlarından yararlanmaq istəyən AP üzvlərinin bu cəhdləri mənəviyyatdan və siyasi əxlaqdan uzaqdır və bütün sivil dünyanın, o cümlədən Aİ rəhbərliyinin diqqətinə yox, qınağına layiqdir. Yalnız erməni yalanlarını rədd edən qınaq bəyanatlarını səsləndirəcəkləri halda Beynəlxalq təşkilatlar və Aİ institutları özlərinin elan etdiyi “Avropa dəyərlərinə” sadiqliyini nümayiş etdirmiş olacaqlar.

Tarix
2021.05.05 / 16:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kərim Vəliyev pakistanlı həmkarı ilə görüşdü

Bakı sülh razılaşması üçün İrəvanla işləməyə hazırdır - XİN

Peyçinoviç: Bakı və İrəvanı dəstəkləməyə hazırıq

Bayramov Qulam İshaqzaini qəbul etdi

Artıq Türkiyə də bu prosesin içindədir - Deputat

Milli Məclisin iclası başladı

UNESKO missiyası Şuşaya səfər edə bilər

Balçı: İranın yeni prezidentinin Qarabağ siyasəti... - Video

İlham Əliyev Quterreşə məktub göndərdi

Müxalifət Nikola buna görə uduzdu - Markedonov

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla