Yuxarı

Yenidən baş qaldırsalar, dərhal məhv ediləcəklər - Usubov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:26

Əslində, sizin toxunduğunuz məsələni - məğlub Ermənistanın siyasi dairələrinin, həm hakimiyyət, həm də müxalifəti təmsil edən keçmiş hərbi xunta təmsilçilərinin qisas yönümlü bəyanatlarını o qədər də ciddiyə almıram. Bu, sadəcə, cəfəngiyyatdır, növbəti əhəmiyyətsiz sərsəmləmədir, populizmdir. Müharibə müzəffər Ali Baş Komandanımızın sarsılmaz qüdrəti, Silahlı Qüvvələrimizin şücayəti və qəhrəmanlığı sayəsində düşmən üzərində tam qələbə ilə başa çatıb. Bütün dünya da möhtərəm Prezidentimizin yaratdığı yeni hərbi, siyasi, coğrafi reallığı qəbul edir, onunla hesablaşır. Qatı millətçi siyasi qüvvələrin primitiv revanşist bəyanatları isə daha çox daxili auiditoriyaya ünvanlanıb. Artıq erməni xalqının əksəriyyəti belə absurd rəylərə inanmır. Savaşın ən real nəticələrindən, ibrət dərslərindən biri də budur.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov deyib.

"Ali Baş Komandan bu günlərdə verdiyi müsahibəsində də xüsusi vurğulayıb ki, Azərbaycan tarixi missiyasını uğurla icra edərək dünyanın ən qəddar faşizmi olan erməni faşizmini məhv edib. Əgər bu dövlət və havadarları yenidən erməni faşizminin baş qaldırmasına cəhd etsələr, dərhal məhv ediləcəklər. Prezident İlham Əliyevin bu məsələyə açıqladığı konkret münasibət belədir ki, ümumiyyətlə, Ermənistanın bir daha təhdidə çevrilməməsi üçün hərbi və siyasi resurslarını bərpa etməsinə qətiyyən imkan verilməyəcək.

Təhlükəsizliyə təhdiddən danışırıqsa, bir məsələni də unutmayaq. İstisnasız olaraq, bütün dövlətlər və xalqlar hansısa təhdiddən sığortalanmayıb, o cümlədən də Azərbaycan. Yəni qlobal terrorizmin hər gün daha da genişləndiyi, yeni münaqişə ocaqlarının davamlı artması, müharibə qurbanlarının sayının yüksəlməsi fonunda bütün dünya üçün real və böyük təhdidlər var.

Azərbaycan dövlətinin də fəaliyyətində üstünlük verdiyi başlıca istiqamətlərdən biri məhz bu təhdidlərə qarşı birgə mübarizənin təşkilidir. Elə Vətən savaşının da əsl mahiyyəti Azərbaycanla yanaşı, bütün Qafqazı təhdid edən, Avrasiya məkanının sağlam və sabit inkişafına mane olan işğalçı aqressiv separatizmi, terrorizmi məhv etmək idi", - o bildirib.

Tarix
2021.05.06 / 11:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla