Yuxarı

Gürcüstanın rəsmi nümayəndələri Bakıya gələcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanın rəsmi nümayəndələri Bakıya gələcək

İqtisadi əməkdaşlıq məsələləri üzrə Gürcüstan-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının Bakı şəhərində bu ilin payızında keçirilməsi nəzərdə tutulub.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze yerli mətbuata müsahibəsində deyib.

Onun sözlərinə görə, bu məsələ Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana rəsmi səfəri çərçivəsində müzakirə olunub:

“İclasın sentyabr ayında keçiriləcəyi gözlənilir. Toplantıda bir sıa önəmli məsələlərin müzakirəsi planlaşdırılır”.

Səfir iclasın iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, ticarət dövriyyəsi həcminin artırılması, investisiyaların cəlb olunması və yeni iş yerlərinin açılmasına əlavə təkanın verəcəyini bildirib.

Z.Pataradze qeyd edib ki, Komissiyanın iclasına paralel olaraq Gürcüstan-Azərbaycan biznes forumu da təşkil olunacaq:

“Gürcüstanın müxtəlif biznes sektorlarında fəaliyyət göstərən şirkətlərin nümayəndələri Azərbaycana səfər edəcək. Onlar Bakıda həm ikitərəfli görüşlər keçirəcək, həm də Azərbaycandakı biznes mühit barədə ətraflı məlumat əldə edə biləcəklər”.

Tarix
2021.05.08 / 12:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla