Yuxarı

Azərbaycan səfirliyindən Fransa hökumətinə - Çağırış

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan səfirliyindən Fransa hökumətinə - Çağırış

Azərbaycan Fransanı Azərbaycan vətəndaşlarına qarşı törədilmiş müharibə cinayətlərinə və həmçinin bəşəriyyətə qarşı törədilmiş cinayətlərə dair həqiqətlərin bərpa olunmasına yardımçı olmağa çağırır.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Fransadakı səfirliyinin mətbuat üçün açıqlamasında bildirirlir.

Açıqlamada, həmçinin Azərbaycan Fransanı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlının taleyini araşdırmaq üçün Ermənistana köməklik göstərməyə dəvət edir.

Sənəddə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən minalanması məsələsinə də toxunulur və bunun iki ölkə arasında sülhün bərpa olunması və azərbaycanlı məcburi köçkünlərin geri qayıtmaları üçün əngəl olduğu vurğulanır. Fransa tərəfi minalanmış ərazilərin xəritələrini Ermənistandan tələb etməyə dəvət edilir.

Açıqlamada Kəlbəcər rayonunun Başlıbel kəndində Ermənistan ordusu tərəfindən 1993-cü ilin aprel ayında törədilmiş cinayətlər və bunun nəticəsində qətlə yetirilən Azərbaycan vətəndaşlarının sayı haqqında ətraflı məlumat verilir və bu cinayətlərə beynəlxalq hüquqi qiymətin verilməsinin vacibliyi göstərilir. Bu məsələdə də Azərbaycanın Fransanın yaxından iştirakına ümid bəslədiyi bildirilir.

Tarix
2021.05.10 / 14:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla