Yuxarı

İlham Əliyev Tokayevə sərhəddəki hadisələrdən danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib.

Axar.az xəbər verir ki, Azərbaycan Prezidenti Qazaxıstan dövlətinin başçısını ad günü münasibətilə təbrik edib, ona ölkənin tərəqqisi naminə Prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə, dövlətimizin başçısına minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə bir daha əmin olduqlarını bildiriblər.

Prezident İlham Əliyev son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr barədə Qazaxıstan Prezidentini məlumatlandırıb. Bununla əlaqədar Azərbaycan Prezidenti bildirib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir.

Qazaxıstan Prezidenti bu məlumata görə, Prezident İlham Əliyevə təşəkkür edib.

Tarix
2021.05.17 / 11:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla