Yuxarı

Moskvadan baxış: Hiyləgər Nikol yeganə ermənidir ki... - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvadan baxış: Hiyləgər Nikol yeganə ermənidir ki... - Video

09:18

Ermənistanın bütün məsələlərdə daim dəyişən mövqeyi erməni cəmiyyətinin böyük əksəriyyətinin sovet və postsovet illərində zehniyyətində formalaşmış illüziyaların əsirində qalmağa davam etdiyini göstərir.

Bunu rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov Axar.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ermənilərin əksəriyyəti hələ özlərinin uydurduqları nağıllara, öz müstəsna xüsusiyyətlərinə inanırlar, amma müasir reallıq fonunda nə qədər qüsurlu olduqlarını anlamırlar:

“Ötən payızda Ermənistan ordusunu məğlub edən Azərbaycan rəsmi İrəvana dövlətlərarası münasibətlər sistemində yalanlara, qəddarlıqlara və prinsipiallığa yer olmadığını və ola bilməyəcəyini göstərdi. İndi Kreml açıq şəkildə bildirir ki, diplomatik arenada Ermənistanın bu cür təzahürlərinə dözməyəcək. Əslində, erməni siyasətçilərdən erməni olmağa son qoymaları və normal insanlar olmağa başlamaları istənildi. Zəngəzur dəhlizi mövzusu müasir İrəvan siyasətinin uyğunluq dərəcəsini təyin edən lakmus testidir. Paşinyan bu gün öz patoloji hiyləgərliyini və qorxaqlıq keyfiyyətini dəf edərək, 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin tərəfləri ilə tamhüquqlu siyasi dialoq aparmağa çalışan yeganə erməni siyasətçisidir”.

O.Kuznetsov bildirib ki, heç vaxt Nikol haqqında illüziyaya düşməyib, hakimiyyətinin ilk günündən Paşinyanı populist adlandırıb və Ermənistan baş nazirinin şəxsiyyəti ilə bağlı fikirləri son üç ildə dəyişməyib:

“Ancaq Paşinyan öz etnik davranış stereotiplərini qıraraq Azərbaycan və Rusiya ilə yeni müqavilə imzalamağa gedən bir insandır. Bəli, Moskva seçim qoymamaqla onun qollarını bağlayır, Bakının güc tətbiqinə cavab verilməməsi ilə hədələyir. Paşinyanın başqa yolu yoxdur, rəqibləri də vəziyyətə heç bir şəkildə reaksiya vermirlər, çünki danışıqlar masasına oturdulacaqlarını və Zəngəzurla bağlı yeni müqavilə imzalamağa məcbur ediləcəklərini dəqiq bilirlər. Azərbaycan istəsəydi, Ermənistan dövlətçiliyini toza çevirərdi, çünki Ermənistan onun iradəsinə qarşı hərbi müqavimət göstərmək gücündə deyil. Amma Azərbaycan sülh və əməkdaşlıq təklif edir”.

Tarix
2021.05.22 / 12:46
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla