Yuxarı

KTMT “qapılarını açdı”: Bakı qoşula bilərmi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
KTMT “qapılarını açdı”: Bakı qoşula bilərmi?

Azərbaycanın hələlik nə KTMT, nə də Avrasiya İqtisadi Birliyinə qoşulmaq niyyəti var. Rəsmi Bakı hələ iki il Qoşulmama Hərəkatının lideri olacaq. Bu müddət ərzində ölkəmiz hər hansı bloka qoşula bilməz.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun KTMT-nin Azərbaycan üçün də qapılarının açıq olması gərəkdiyi barədə sözlərini şərh edərkən deyib.

O bildirib ki, hazırda Azərbaycan-Ermənistan dövlət sərhədi dəqiqləşməyib:

“Yəni ilkin olaraq rəsmi Azərbaycan ilə KTMT üzvü olan Ermənistan arasında dövlət sərhədləri dəqiqləşməli, daha sonra İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bundan sonra yekun sülh sazişi imzalanmalıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət edəcəyi təqdirdə diplomatik münasibətlər də qurula bilər. İki ölkə arasında diplomatik münasibətlər yaranandan sonra Azərbaycanın KTMT-yə qoşulub-qoşulmaması məsələsi müzakirə edilə bilər”.

Politoloqun sözlərinə görə, indiki halda rəsmi Bakı bütün diqqətini Türk Şurasına yönəltsə, daha yaxşı olar:

“Ölkəmiz hazırda Qoşulmama Hərəkatı ilə birlikdə həm də Türk Şurasının sədridir. İndiki halda bütün diqqətimizi məhz Türk Şurasına yönəltmək daha doğru olar”.

Tarix
2021.05.26 / 08:30
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla