Yuxarı

Makronun Bakıya məktubunda erməni maraqları...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makronun Bakıya məktubunda erməni maraqları...

Fransa Prezidenti Emmanuel Makronun Prezident İlham Əliyevə ünvanlandığı təbrik məktubunu oxudum. Deyə bilərəm ki, Makron faktiki olaraq məktubda bir daha erməni maraqlarını müdafiə etdiyini açıq şəkildə etiraf edib.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Emmanuel Makron Prezident İlham Əliyevə ünvanlandığı təbrik məktubu haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Makronun Prezidentə ünvanlandığı təbrik məktubu açıqca erməni maraqlarına hesablanıb:

“Birincisi, Makron məktubda Ermənistan və Azərbaycan arasındakı sərhədin sülh yolu ilə delimitasiyasından bəhs edib. Hazırda Ermənistan-Azərbaycan dövlət sərhədində delimitasiya və demarkasiya işləri beynəlxalq hüquqa əsasən aparılır. Gərginlik yaradan tərəf isə məhz Ermənistandır.

Rəsmi İrəvan bir vaxtlar qanunsuz şəkildə Ermənistana birləşdirilən ərazilərin israrla ona aid olduğunu elan edir, bu da azmış kimi, Azərbaycanı işğalçılıqda günahlandırır. Makron əgər həqiqətən də Ermənistan və Azərbaycan arasındakı sərhədin sülh yolu ilə delimitasiyasından bəhs etsə idi, bu sözləri yeri gəldikdə Ermənistana da deyərdi.

İkincisi, Makron təbrik məktubunda bir daha “hərbi əsirlər” məsələsinə toxunaraq onların öz yaxınlarına qovuşa bilmələrini qeyd edib. Halbuki bu gün Azərbaycanda hərbi əsir yoxdur. Bunu ölkə başçısı da dəfələrlə vurğulayıb. Fransa prezidentinin bizim nəzərimizdə və beynəlxalq hüquqa görə hərbi əsir statusu daşımayan şəxsləri hərbi əsir adlandırması ədalətsiz yanaşmadır. Hər halda diplomatik etiket qaydalarına uyğun olaraq bu məsələlərə diqqət yetirilməli idi.

Üçüncüsü, Makron məktubunda bölgənin bütün irsinin müxtəlifliyi ilə qorunmasını xüsusi olaraq qeyd edib. Ümumiyyətlə, rəsmi Parisin bu məsələdən “narahat olması” doğru yanaşma deyil. Fransa “bölgənin bütün irsi” deyərkən əsasən ermənilərin olduğu iddia edilən, realda isə alban kilsələrinin sökülməsi, ya da dağıdılması ehtimalından bəhs edir. Qarabağdakı kilsələrin əksəriyyəti isə qədim alban kilsələridir, yəni Azərbaycanın tarixi irsidir. Bu gün o kilsələrdə yenidənqurma işləri aparılır, sadəcə, işğal dövründə ermənilər tərəfindən edilən dəyişikliklər aradan qaldırılır. Bunun adı isə heç bir halda tarixi irsin məhv edilməsi ola bilməz.

Makron həqiqətən də bölgənin bütün irsinin aqibətindən narahat olsa idi, bunu vaxtilə ferma, heyvan saxlanan tövlə halına gətirilən məscidlər üçün də Ermənistana deyərdi”.

Tarix
2021.06.04 / 08:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla