Yuxarı

Bakı və İrəvan arasında yenidən vasitəçi olmağa hazırıq - Tiflis

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu öz üzərinə götürdü.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

O, iki qonşu ölkə arasında əldə olunan razılaşmanın bölgə üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

“Hər iki ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm. Biz bu prosesdə çox fəal rol oynadıq. Mən şəxsən 24 saat ərzində prosesə cəlb olunmuşdum, hər iki ölkənin liderləri ilə telefonla danışırdım. Bundan öncə isə görüşlər keçirilmişdi. Biz strateji tərəfdaşımız ABŞ-la sıx əməkdaşlıq etdik. Bu iş konkret nəticə ilə yekunlaşdı.

Gürcüstanın bu prosesdə yenidən vasitəçi rolunu oynamağa hazırlığını bir daha bəyan edirik. Azərbaycan və Ermənistanın rəhbərliyinə tam hazırlığımızı ifadə etmişəm. Çox ümid edirəm ki, bu proses davam edəcək, bölgədə sülh və sabitliyin bərqrərar olması ilə nəticələnəcək. Bizim ümumi məqsədimiz bölgədə əmin-amanlığa nail olmaq idi və bu da çox əhəmiyyətli və uzunmüddətli layihələr üçün zəmin olacaq”.

Tarix
2021.06.13 / 13:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla