Yuxarı

G7-də qalmaqal: Makron Consonla mübahisə etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
G7-də qalmaqal: Makron Consonla mübahisə etdi

Böyük Yeddilik sammitində Fransa Prezidenti Emmanuel makronla Britaniya Baş naziri Boris Conson arasında mübahisə baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” yüksək çinli fransız diplomata istinadla məlumat yayıb.

Mübahisənin Breksitə görə baş verdiyi bildirilib.

Mənbənin sözlərinə görə, Conson Breksit probleminin müzakirəsini daim aktiv saxlayıb. Bu isə Makronu əsəbiləşdirib. Makron gündəmdə xeyli mövzu olmasına baxmayaraq, Breksit məsələsini qaldırdığına görə Consona ciddi etirazını bildirib.

“Deməyin ki, siz Britaniyanın AB-dən çıxması barədə sənədi imzalayarkən hara getdiyinizi bilmirdiniz”, - Makron deyib.

Qeyd edək ki, Britaniya AB-dən 1 fevral 2020-ci ildə çıxıb. Bundan sonra tərəflər arasında ticarət sazişləri də daxil olmaqla, bir sıra problemlər yaranıb.

Tarix
2021.06.13 / 21:55
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla