Yuxarı

Əliyev və Ərdoğan Şuşada - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev və Ərdoğan Şuşada - Video

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

Axar.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Tarix
2021.06.15 / 15:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovdan TRİPP layihəsi ilə bağlı mühüm açıqlama

SOCAR-ın YDM-lərindən istifadə edirəm – ATƏT sədri

ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür...

İranla əlaqəli şəbəkələr onlardan Bakıya qarşı istifadə edir

Bayramov ATƏT sədri ilə görüşdü

Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı

Ermənistanın İrana ərazi iddiası... - Erməni deputat

Türkiyənin olmadığı masada… - Hikmət Hacıyev

ATƏT-in sədri Azərbaycana gəldi - Foto

Türk gəmisi vuruldu: 22 ekipaj üzvü...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla