Yuxarı

Yeni Qarabağı meydana gətirəcəyik - Ərdoğan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni Qarabağı meydana gətirəcəyik - Ərdoğan

Dünən yol boyu işğaldan azad olunan ərazilərin halını gördük. Bunlar gəlincə işğalçı, gedərkən dağıdıcı olublar. Sadəcə bu, Qarabağın kimə məxsus olduğunu bilməyə bəs edir. 30 il əvvəl azərbaycanlılar Qarabağdan çıxarkən nə evlərini yandırdılar, nə də dağıtdılar. İnsan öz evini dağıda bilməz.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan parlamentində çıxışı zamanı deyib.

O, Qarabağın yenidən qurulmasına və bu prosesə Türkiyənin də dəstək verəcəyinə işarə edib:

“Bərabər inşa edəcəyik və yeni Qarabağı meydana gətirəcəyik. Vəhşiliklə mədəniyyətin fərqini görmək istəyənlər gəlib Qarabağa baxsın”.

Prezident qeyd edib ki, Türkiyə olaraq bu mərhələdə də qardaş Azərbaycanın yanında olacaq:

“Dünən Şuşada idik. Azad Qarabağ torpaqlarında Azərbaycan bayrağının qürurla dalğalanmasının sevincini yaşadıq. Şuşa təbii sənət akademiyası kimi mədəniyyətin, incəsənətin, musiqinin yaradıldığı mərkəz olmuşdu. Molla Pənah Vaqifdən başlayaraq ədəbiyyatın mərkəzi olmuşdu. Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Nətavanın, Rəşid Behbudovun və neçə-neçə şair və mədəniyyət xadiminin yurdudur. Əhməd Ağaoğlu kimi fikir adamlarının vətəni Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və ötən günlərdə Cıdır düzündə keçirilən Xarı Bülbül musiqi festivalı dünyaya bir mesajdır”.

Tarix
2021.06.16 / 16:01
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla