Yuxarı

Ərdoğandan Bakıdan Ermənistana sərhəd mesajı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğandan Bakıdan Ermənistana sərhəd mesajı

Naxçıvanla Bakını bağlayacaq Zəngəzur dəhlizinin açılması xüsusi əhəmiyyətə malikdir. Dəmir yolu ilə ermənilər Moskvaya və dünyaya çata biləcəklər. Qardaşımla birlikdə təklifimizi ifadə etdik. Bildirdik ki, gəlin, regionun 6 ölkəsinin işirakı ilə platforma yaradaq.

Axar.az xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxışı zamanı deyib.

Türkiyə dövlət başçısı əlavə edib ki, bu platforma ilə birlikdə bölgədə sükunət yaranacaq, düşmənçilik aradan qalxacaq:

"Təbii burada Gürcüstanın özünə aid sualları var. Gürcüstan baş nazirinin Türkiyəyə səfəri zamanı bu mövzuda danışdıq. Bildirdim ki, biz Ermənistanla aramızdakı problemləri bilirik, amma buna rəğmən bu addımın atılmasında problem görmürük. Təbii ki, Gürcüstanın da Rusiya ilə bağlı bəzi problemləri var. Ancaq sıxıntılarınızı aşmaq üçün bu platforma kömək olar. Bu bölgənin sülhə ehtiyacı var. Ermənistan Azərbaycanla problemi həll etdikcə, biz də lazımı addımları atacağıq. Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasının Ermənistan üçün nə dərəcədə lazım olduğu ortadadır”.

Türkiyə lideri deyib ki, Azərbaycana NATO zirvə görüşündən gəlib:

“Uğurlu görüşlərlə bura gəldik. Amma dünyanın problemləri bitmir. Ancaq biz bərabər olsaq, Allah izni ilə bunları həll edərik”.

Tarix
2021.06.16 / 16:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla