Yuxarı

Böyük oyun başlayır: Əsas oyunçular Ankara və Bakıdır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyük oyun başlayır: Əsas oyunçular Ankara və Bakıdır

Azərbaycan və Türkiyənin uzun və əsaslı yaxınlaşma proqramı sistem sıçrayışına şərait yaratdı.

Axar.az xəbər verir ki, bunu öz Feysbuk səhifəsində ukraynalı hərbi ekspert Aleksey Arestoviç paylaşıb.

“İndi Azərbaycan-Türkiyə alyansında siyasi və hərbi imkanlar keyfiyyət olaraq artıb. Qafqazda yeni reallıq yaranıb”, – deyə o bildirib.

Arestoviç Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik bəyannaməsinin Rusiya kontingentinin Qarabağda mövcudluğunu daha beş il uzatması məsələsinini təxirə saldığını söyləyib. Hərbi ekspert bildirib ki, yaxın gələcəkdə Fransanın Şimali Afrika, Mərkəzi Aralıq dənizi, Yaxın Şərq və Cənubi Qafqazda ənənəvi maraq zonaları NATO çərçivəsində Türkiyənin himayəsinə keçəcək:

“Üstəlik, Türkiyənin hərbi-siyasi təsiri Əfqanıstan və Qırğızıstana yayılır. Bura Çinin təhlükəsizlik qurşağı sayılır. Türkiyənin NATO-da rolunun artırılmasına Britaniya ciddi lobbiçilik edir. NATO sammiti Breksitdən sonra yaranan yeni geosiyasi konfiqurasiyanı təsdiqlədi. London-Ankara tandemi Məğrib, Aralıq dənizi, Yaxın Şərq, Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqazın geosiyasi xəritəsini dəyişməyə çalışır. Bu, sərt mövqe və sistemli səy deməkdir. Dünyada yeni böyük oyun başlayıb və əsas oyunçu Türkiyə, eləcə də Azərbaycandır".

Tarix
2021.06.16 / 17:07
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ceyhun Bayramov Roma Papası ilə görüşdü

Xələf Xələfov Ərdoğanın baş müşaviri ilə görüşdü

Ən aktiv ikinci ordu: Azərbaycanda da hərbçiləri var..

Gürcüstanda saxlanılan TIR-larımızla bağlı rəsmi açıqlama

ABŞ bu qurumu ləğv edir - Türkiyə üçün təhlükə

Bakıda SSRİ bayrağı qaldıranlar barədə qərar verildi

Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü

Ramiz Mehdiyev izi: SSRİ-ni təbliğ edən ideoloji hücrələr...

Alov Qüllələrinin ətrafında tədqiqat aparılacaq

Naxçıvanda maarifləndirmə tədbirləri keçirildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla