Yuxarı

Əliyevə təklif etdim, “məmnun olardım” dedi - Ərdoğan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycanın Qarabağ zəfəri reallığını qəbul etməli, bölgənin önündə açılan yeni dönəmi doğru oxumalıdır.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Ermənistanın etibar yaradacaq addımlar atmağa başlamalı olduğunu bildirib.

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycanın yanında olacağını deyən Ərdoğan Azərbaycana mina təmizlənməsi üçün verilən texnikanın sayını 20-yə qədər artıracaqlarını vurğulayıb.

Türkiyə lideri, həmçinin Qara dənizdə neft və qaz axtarışına Azərbaycanın da cəlbi məsələsinə toxunub:

“Hazırda özəlliklə bu mövzuda Azərbaycanla bizim TANAP və TAP-dan gələn bir tərəfdaşlığımız mövcuddur. Bundan başqa biz bəlkə də yeni prosesə də addım ata bilərik. Bu nə ola bilər? Məsələn, hazırda bizim Türk Petrolları ilə əlaqəli bir quruluşumuz var. Bu quruluşla birlikdə necə indi TAP-da, TANAP-da ortaqlığımız varsa, dəyərli dostum İlham Əliyevlə belə bir addımı Liviyada da ata bilərik. Onların bu mövzularda bəlli bir təcrübəsi var. Eyni təcrübə bizdə də olduğuna görə bəzi addımlar atmaq mümkündür. Mən özünə də bu təklifi etdim. O da belə bir şeydən məmnun olacağını dedi”.

Ərdoğan Azərbaycanın Zəngəzur layihəsinə çox önəm verdiklərini və dəstəklədiklərini də qeyd edib.

Tarix
2021.06.17 / 14:56
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla