Yuxarı

Köçəryanın sözünə yox, İrəvanın gününə baxın - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:25

Seçkiqabağı siyasətçilərin müxtəlif vədlər verməsi normal bir şeydir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanda seçki ərəfəsində siyasi qüvvələrin revanşist vədlərini şərh edərkən deyib.

O bildirib ki, indiki mərhələdə nə Paşinyanın verdiyi vədi ciddiyə almaq lazımdır, nə də Köçəryanın:

“Ermənistanda parlament seçkilərinə iki gün qalıb. Hazırda rəqiblər arasında amansız mübarizə gedir. Vaxt azaldıqca namizədlərin vədlərini çoxaldacağı gözlənilən idi. Düşünürəm, bu kimi ifadələrə çox da fikir vermək lazım deyil.

Seçkilərdə Paşinyan qələbə qazansa da, çox güman ki, real siyasəti bundan öncəkindən fərqli olmayacaq. Diqqət etsəniz, Paşinyan hakimiyyətə gələrkən də ümidverici vədlər verirdi. Yəni Azərbaycanda da münaqişənin dinc yolla həll ediləcəyinə ümid vardı. Nəticədə isə biz tam fərqli bir mənzərənin şahidi olduq. Yəni seçkilərdə namizədlərin hansı vəd verməsinə baxmayaraq, real siyasət tam fərqli ola bilər”.

Politoloq qeyd edib ki, erməni siyasətçilərin vədlərinə deyil, ölkənin hazırkı vəziyyətinə baxmaq lazımdır:

“Yəni bu gün Ermənistan ordusu dağılıb, daxili siyasət sabit deyil, iqtisadiyyat bərbad vəziyyətdədir. Belə bir ölkənin rəhbərinin hər hansı iddialı bəyanatına fikir verməyə ehtiyac yoxdur”.

Tarix
2021.06.18 / 15:28
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla