Yuxarı

XİN rəhbəri somalili həmkarı ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Somali Federal Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohamed Abdirizak ilə görüşüb.

XİN-dən Axar.az-a verilən məlumata görə, C.Bayramov qarşı tərəfə 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan vəziyyət ilə bağlı ətraflı məlumat verib.

Bu xüsusda nazir qarşı tərəfə cari il iyunun 13-də Somali Federativ Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş qeyri-rezident səfiri Cama Abdullahi Mohamedinin Azərbaycan səfəri çərçivəsində azad edilmiş Ağdam rayonuna etdiyi səfərinə toxunaraq onun şəxsən Ermənistanın törətdiyi dağıntıların miqyasının şahidi olduğunu qeyd edib.

C.Bayramov Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə Somalinin hər zaman dəstək olduğunu vurğulayıb.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib, habelə iki ölkə arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2021.06.18 / 20:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla