Axar.az
Yuxarı

Bakı Bəyannaməsi regionda ciddi rol oynayacaq – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisdə tarixi bir gün yaşadıq, tarixi hadisənin şahidi olduq. Hesab edirəm, qəbul olunan sənəd həm üç qardaş ölkə, həm də region üçün olduqca böyük əhəmiyyətə malikdir.

Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Bakı Bəyannaməsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, Türkiyə və Pakistan parlamentarilərinin bir yerdə Bakıya gəlməsi xüsusi bir mesajdır:

“44 günlük Vətən Müharibəsində Azərbaycanın yanında olan, bütün siyasi görüşlərdə, ölkələrarası münasibətlərdə hər zaman Azərbaycanla həmrəylik nümayiş etdirən, Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə və Pakistan deputatları parlament sədrlərinin başçılığı ilə Bakıya gəldilər. Azərbaycan parlamentində Azərbaycan, Pakistan, Türkiyə parlament sədrləri səviyyəsində üçtərəfli danışıqlar aparıldı, sonda da “Bakı Bəyannaməsi” qəbul edildi. Bu Bəyannamə üç dövlətin gələcəkdə də həm parlament, qanunvericilik səviyyəsində, diplomatik münasibətlərdə, həm də ölkələrin iqtisadiyyatının inkişafında, əhalinin yaşayış tərzinin yaxşılaşdırılmasında imkanların birləşdirməsini və strateji tərəfdaşlığın daha da sürətlə inkişaf etdirilməsini nəzərdə tutur”.

Sabir Rüstəmxanlı bildirib ki, hər üç ölkənin parlament sədrləri maraqlı çıxışlar ediblər, ölkələrarası qardaşlıq münasibətlərinin daha da möhkəmlədirilmısi üçün təkliflər irəli sürüblər:

“Pakistanın Məclis başqanı Əsəd Qeysər Fəxri öz çıxışında bildirdi ki, biz bu qərara hələ Pakistandakı görüşlərimiz zamanı gəlmişdik. Bundan sonra 3 ölkənin xarici işlər naziri görüşmüşdü. Onu da qeyd etdi ki, Pakistanda keçirilən görüşə həm də Mərkəzi Asiya respublikalarının nümayəndələri dəvət edilib. Dedi ki, bu üçtərəfli format gələcəkdə regionda sülhün, əməkdaşlığın, ümumiyyətlə, xalqlarımızın inkişafı ilə bağlı olan bütün sahələrin irəli aparılmasında yaxından rol oynayacaq. O, həmçinin bu prosesə regionun başqa ölkələrin də qoşulmasını da təklif etdi. Bu, ciddi bir bəyanatdır. Onun çıxışının maraqlı tərəflərindən biri də bu idi. Bu gün Azərbaycan parlamentindən 20, Türkiyə parlamentindən 10 nəfər, Pakistandan təxminən 17-18 nəfər komissiya sədrləri, dostluq qruplarının üzvləri bir araya gəldilər. Çox maraqlı bir çıxışlar oldu. Milli Məclisin sədri Sahibə Qafarova, həm də Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəhbəri Mustafa Şəntop da əhəmiyyətli təkliflərlə çıxış etdilər. Gələcəkdə Azərbaycan-Türkiyə-Pakistan münasibətlərini genişlənməsi ilə bağlı daha hansı işlər görmək olar? Bu barədə öz təkliflərini söylədilər”.

Millət vəkili hesab edir ki, səslədirilən təkliflərin həyata keçirilməsi üçün bu formatda görüşlər tez-tez baş tutmalıdır:

“Yəqin ki, bu davam etdiriləcək. Bu bölgənin iki ən böyük dövləti - Türkiyə və Pakistanın Azərbaycanın yanında olması çox önəmlidir. Azərbaycanla bir yerdə bu müştərək bəyanat bizim düşmənlərimizə və eləcə də dostlarımıza bir mesajdır. Xüsusən də düşmənlərimizə. Çünki bilməlidirlər ki, onların düşündüyü kimi Azərbaycan tək deyil. Azərbaycanın haqq işini müdafiə edən başqa dövlətlər də var. Məsələ burasındadır ki, istər Türkiyənin, istərsə də Pakistanın buna bənzər – torpaq, ərazi problemi var. Məsələn, Türkiyənin Kıprıs problemi var. Qarabağ kimi deyil, bir az fərqlidir. Amma hər halda yenə də Avropa və dünya dövlətləri Kıprısın həllinə imkan vermək istəmirlər. Kıprıs türkləri bütün variantlarda güzəştə getməyə hazırdırlar. Necə ki, biz də güzəştə getməyə hazır idik bəzi məsələlərdə. Amma yunan tərəfi deyir, yox, orada türk əsgəri qala bilməz, burada müştərək dövlətdən söhbət gedə bilməz, ikili hakimiyyətdən söhbət gedə bilməz, sadəcə ixtiyarı verin bizə, istəyirsiz yaşayın, istəmirsiz yaşamayın. Bunu Kıprıs türkləri görüblər. Adanın 3 faizinə sıxışdırılıb, eyni Qarabağdakı erməni vəhşiliyinə bənzər Kıprıs türkləri soyqrım, qətliam görüblər. Ona görə Kıprıs türkləri bir də o səhvləri etməzlər. Ərdoğan və Türkiyədən gedən rəsmilər sonuncu görüşdə bildirdilər ki, adada 2 dövlət var - Kıprıs dövləti, bir də Yunan dövləti. Başqa cür mümkün deyil. Pakistanın da bir Kəşmir məsələsi var. Bu, uzun illərdir ki, ciddi problem olaraq qalır. Öz dostlarından dəstək almaq istəyir. Yəni bizim talelərimizdə də oxşarlıq var, bu, bizi daim bir yerdə olmağa səsləyir. İnşallah bundan sonra da belə olacaq. Bu gün doğurdan çox sevindim. 250 milyon əhalisi olan Pakistan, 90 milyona yaxın əhalisi olan Türkiyə və Azərbaycan öz problemləri ilə yanaşı, bundan sonra məzlum xalqların, türk-islan millətlərinin bir sıra təhlükəsizlik məsələlərinin həllində qardaşlıqla bağlanan Bakı Bəyannaməsi sənədi ciddi rol oynayacaq”.

Tarix
2021.07.27 / 22:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Metyu Brayza: Paşinyan onlara qulaq asmaqla səhv etdi

Səfir 44 günlük müharibədən danışdı: Ordunun gücü...

Prezident xalqa müraciət edəcək

Bayramov Ruslan Kazakbayevlə görüşdü

Ermənistan bir ölkə kimi yoxa çıxmağa məhkumdur

İlham Əliyevin BMT çıxışı erməniləri təşvişə saldı

Ərdoğan-Putin görüşü öncəsi Əliyev nələrə işarə etdi? - Video

Bakı razı olmadı, yeni rus komandan təyin edildi

MQ Bayramov-Mirzoyan görüşü barədə bəyanat yaydı

Bayramovla Mirzoyan Nyu Yorkda görüşdü

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla