Yuxarı

“Valday” eksperti: Üç qardaş ölkənin meqalayihəsi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Bəyannaməsinin imzalanması Türkiyə, Azərbaycan və Pakistanın yaxınlaşması istiqamətində atılan qlobal addımdır. Bəyannaməyə əsasən, bu ilin payızında birgə hərbi təlimlərin də keçirilməsi planlaşdırılır. Düzdür, hələ ki, hansısa hərbi alyansın yaradılmasından danışmaq tezdir, lakin tarix Türkiyənin vaxtilə (1960-70-ci illərdə) Pakistanla bir hərbi blokda olduğunu da unutmur.

Bu barədə Axar.az-a açıqlamasında azərbaycanlı politoloq, "Valday" beynəlxalq diskussiya klubunun eksperti Fərhad Məmmədov deyib.

Onun sözlərinə görə, həm Türkiyə, həm də Pakistan Azərbaycana çox yaxın olan ölkələrdir. Biz bunu 44 günlük müharibə dövründə əyani şəkildə görə bildik:

“Bu ölkələr arasında son 10 il ərzində həyata keçirilən layihələri də unutmaq olmaz: bu, həm Azərbaycan ilə Xəzərin şərq sahilini birləşdirən dəniz limanı, həm də Azərbaycandan Türkiyəyə uzanan dəmir yolu infrastrukturudur. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələrin möhkəmlənməsi həmçinin İran və Türkmənistana da müsbət təsir göstərəcək. Həm də avqust ayında Azərbaycan, Türkmənistan və Türkiyə liderlərinin üçtərəfli görüşü gözlənilir. Bütün bu addımlar göstərir ki, yaxın perspektivdə Türkiyə, Azərbaycan və Pakistan qarşılıqlı fəaliyyəti artıracaqlar və bu, həmin ölkələrin təmsil etdiyi regionlara da xüsusi təsir göstərəcək. Əsasən də Mərkəzi Asiya regionunda. Daha doğrusu, bu regionun potensialını istifadə etməklə, qərb istiqaməti inkişaf etdiriləcək. Söhbət əlbəttə ki, Pakistan ərazisində yaradılan infrastrukturdan gedir. Nəzərə alsaq ki, Çin bu layihəyə 46 milyard dollar dəyərindəki investisiya yatırır, bu infrastrukturu qlobal adlandırmaq olar. Ən maraqlısı isə Mərkəzi Asiya ölkələrinin və Xəzər dənizinin qərb sahilinin – Azərbaycanın, gələcəkdə isə Türkiyənin bu təşəbbüsə qoşulması planlaşdırılır. Yəni potensial var və bu, qarşılıqlı siyasi və hərbi fəaliyyətlə yanaşı, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə şərait yaradır”.

F.Məmmədov vurğulayıb ki, bu üç ölkə həm Rusiya, həm də İran üçün kifayət qədər proqnozlaşdırıla bilən dövlətlərdir:

“Burada əsas məsələ ondan ibarətdir ki, bu formatın ABŞ, Avropa İttifaqı və ya Çin kimi geosiyasi güc mərkəzləri tərəfindən sponsoru yoxdur. Bu, vacib amildir".

Tarix
2021.07.29 / 08:45
Müəllif
Əli, Fatimə
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla