Yuxarı

Rusiya işğalı rəsmiləşdirir - Donbası seçkiyə “qatdı”

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya işğalı rəsmiləşdirir - Donbası seçkiyə “qatdı”

Rusiyada bu gündən başlayaraq 3 gün ərzində parlamentə - Dövlət Dumasına seçkilərə start verilib. 450 yerlik parlamentə seçkilər qarışıq – majoritar və proporsional (partiya siyahılarıyla) əsasda keçirilir. Seçkidə 14 partiya iştirak edir. Həsbxanada olan Aleksey Navalnının simasında sistemdən kənar müxalifət seçkidə iştirak etmir.

Axar.az xəbər verir ki, bu barədə fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu bu seçkidə iki ilk yaşandığını vurğulayıb:

“Birincisi, seçki onlayn əsasda da keçirilir, yəni seçki məntəqəsinə getmək istəməyən Rusiya vətəndaşı internet vasitəsilə də səsini verə bilər. İkincisi, Rusiyada parlament seçkisində Ukraynanın tərkib hissəsi olan Donbas sakinləri də iştirak edirlər”.

Politoloq bildirib ki, Moskva Donbas sakinlərinə Rusiya pasportları paylayıb və onlar bu pasportlarla Dövlət Dumasına seçkilərdə namizədlərə səs verirlər:

“Donbasda seçki məntəqələri yaradılmasa da, sakinlər onlayn səsvermədə iştrak edə bilərlər. Krımın 2014-cü ildə ilhaqından sonra yarımada sakinləri Rusiyanın 4-cü seçkisində iştirak edirlər. Krım sakinləri bundan əvvəl bir dəfə 2016-cı ildə Rusiya parlament seçkisində, 2018-ci ildə prezident seçkisində iştirak ediblər, 2020-ci ildə Rusiya Konstitussiyasına dəyişikliklərə səs veriblər.

Ukrayna parlamenti – Ali Rada sentyabrın 8-də Krım və Donbasda keçiriləcək seçkilərə artıq etirazını bildirib. Ukraynalı deputatlar BMT, NATO, Avropa Parlamenti və dünya dövlətlərinin parlamentlərinə müraciət edərək Rusiyada keçirilən seçkilərin nəticələrini tanımamağa çağırıblar. Sentyabrın 15-də Avropa Parlamentinin Litva, Polşa və Estoniyadan olan deputatları bu məsələ ilə bağlı çıxışlar edib etirazlarını bildiriblər. Avropa Parlamentinin xarici əlaqələr komitəsi Avropa İttifaqı Komisarlığına müraciət edərək Rusiyada parlament seçkilərinin nəticələrini tanımamağa çağırış edib”.

Politoloqun sözlərinə görə, Rusiya beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyü prinsipinə yenə hörmətsizliyini ortaya qoyub:

“Kreml bir tərəfdən sözdə Donbas böhranının həlli məqsədilə Minsk formatının davamını tələb edir, digər tərəfdən əməldə Donbasda qanunsuz seçki keçirməklə faktiki bu bölgənin də Krım kimi işğalını rəsmiləşdirir. Rusiyanın Krım və Donbası əhatə edən seçkiləri legitim sayıla bilməz və Ukraynaya dost dövlətlər bu məsələdə prinsipial mövqelərini ortaya qoyacaq, müvafiq bəyanatlar yayacaqlar”.

Tarix
2021.09.17 / 21:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla