Yuxarı

Kamran Əliyev üçtərəfli görüşdən danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

MDB iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultanda keçirilən 31-ci iclasında Azərbaycan da nümayəndə heyəti ilə təmsil olunur. Bu tədbir Azərbaycanın hüquq-mühafizə orqanları, o cümlədən prokurorluğu üçün mühüm hadisələrdən biridir.

Axar.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev sentyabrın 23-də Nur-Sultanda Azərtac-a müsahibəsində deyib.

İclasın MDB iştirakçı dövlətlərinin Baş prokurorluqları ilə cinayətkarlığa qarşı mübarizə, prokurorluğun fəaliyyətinin müxtəlif sahələri üzrə hərtərəfli hüquqi əməkdaşlığın həyata keçirilməsi baxımından əhəmiyyətini yüksək qiymətləndirən Kamran Əliyev deyib:

“Bu tədbir, həmçinin digər ölkələrin prokurorluq orqanları ilə ikitərəfli əlaqələrin qurulması, inkişaf etdirilməsi, daha səmərəli əməkdaşlığın həyata keçirilməsi baxımından zəruri idi. Bu gün Qazaxıstan Respublikasının və Rusiya Federasiyasının Baş prokurorları ilə görüşlərimiz oldu. Həmin görüşlərdə ikitərəfli münasibətlərin daha da intensivləşdirilməsi məsələsi müzakirə edildi. Mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də “Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyası arasında tədris və elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq haqqında” memorandumun imzalanması oldu. Memoranduma uyğun olaraq, gələcəkdə bu sahədə fəaliyyətimizi davam etdirəcəyik”.

İclas çərçivəsində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistanın Baş prokurorları arasında keçirilən üçtərəfli görüşlə bağlı məlumat verən Kamran Əliyev qeyd edib:

“Bu, bizim üçtərəfli formatda ikinci görüşümüz idi. Birinci görüş bu il yanvarın 12-də Moskvada baş tutmuşdu. Nur-Sultanda təşkil olunan görüşdə əsas məqsəd Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlarının prokurorluq orqanlarına aid müvafiq bəndlərinin icrası ilə bağlı idi. İclasda bir sıra zəruri məsələlər müzakirə olundu və bu istiqamətdə Rusiya Baş Prokurorluğunun vasitəçiliyi ilə fəaliyyətimizi davam etdirməyi qərara aldıq. Hesab edirəm ki, bu sahədə də bizim fəaliyyətimiz müsbət nəticələr verəcək”.

Tarix
2021.09.23 / 19:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla