Yuxarı

Vladimir Putin xahiş etdi ki… - İlham Əliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı silahlı münaqişənin həllində fəal rol oynadı.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib.

“Bu, 8 noyabr axşamı idi. 9 noyabrda biz yenidən zəngləşmək barədə razılaşdıq, çünki Vladimir Vladimiroviç baş verən hadisələrdə çox aktiv rol oynayırdı. O, mənim mesajlarımı Paşinyana çatdırırdı, ondan olan mesajları isə mənə ötürürdü. Bu razılaşma gecəyə qədər getdi və gecə yarısını keçdi. Bakı vaxtı ilə bu, 10 noyabr idi. Ona görə də biz onu 10 noyabr bəyanatı adlandırırıq, Moskvada isə o zaman 9 noyabr idi”.

Azərbaycan Prezidentinin sözlərinə görə, Vladimir Putin xahiş etdi ki, Paşinyan bəyanata imzanı canlı yayımda atmasın:

“Rusiya Prezidenti çox həssas, incə adamdır, hər kəsə çox hörmətlə yanaşır və mən dedim ki, israr etməyəcəyəm, çünki mənə Paşinyanın alçaldılması ilə bağlı əlavə hansısa anlar lazım deyil. Ona görə ki, bu insanın yox, ölkənin təhqiridir, bunu isə biz özümüzə rəva görə bilmərik”.

İlham Əliyev Putinlə Qarabağdakı müharibə haqqında ilk dəfə 7 oktyabrda danışdığını bildirib:

“Təbii ki, biz Rusiya Prezidenti Vladimir Putinlə hərbi fəaliyyətlərin fərqli mərhələlərində nizamlı kontakt saxlayırdıq. Müharibə başlayandan sonra bizim ilk telefon danışığımız 7 oktyabrda – onun ad günündə baş tutdu. Ənənəvi olaraq mən Vladimir Vladimiroviçi təbrik etdim. Bu bizim ilk telefon kontaktımız idi, o zaman isə artıq hərbi fəaliyyətlərin başlanmasından 10 gün keçirdi. Biz həmçinin müharibəni necə dayandırmaqla bağlı məsələləri müzakirə etdik”.

Tarix
2021.09.24 / 11:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla