Yuxarı

Prezident xüsusi təyinatlılardan danışdı: Möcüzə...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri (XTQ) işğal edilmiş ərazilərin azad edilməsi üzrə ən vacib əməliyyatların, xüsusilə Şuşa əməliyyatının həyata keçirilməsində həlledici rol oynadılar.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində bildirib.

“Bizim XTQ-lər fədakarcasına döyüşürdülər, bir çox əməliyyatlarda ölümə gedərkən onlar həm peşəkarlıq, həm də fədakarlıq nümayiş etdirirdilər”, - dövlət başçısı deyib.

O, xüsusi təyinatlı qüvvələrə, onların təchizatına və komplekstləşdirilməsinə, hərbi hazırlığına hər zaman xüsusi diqqət ayırdığını qeyd edib:

“Mən dəfələrlə XTQ-nin şəxsi heyəti ilə görüşmüşdüm və əmin idim ki, ən mürəkkəb döyüş tapşırıqlarını icra etmək iqtidarında olan döyüş qabiliyyətli hissələr yaratmışıq.

Yenə də ötənilki hərbi əməliyyatlara qayıtsaq deyə bilərəm ki, ərazinin relyefi bizim üçün əlverişli deyildi. Biz demək olar ki, dağlara dırmaşmalı olurduq. Ermənistan tərəfi yüksəkliklərdə bütün əsas mövqeləri tutaraq möhkəmləndirilmiş bir neçə müdafiə xətti yaratmışdılar. Dağ relyefinin özü də bir müdafiə xəttidir, həm də çox mürəkkəb bir müdafiə xətti. Bu səbəbdən XTQ peşəkarlıq, iradə, güc və Vətən sevgisinin səbəb olduğu möcüzələr nümayiş etdirməli oldu. Ümumilikdə, xüsusi təyinatlı qüvvələrin fəaliyyətini çox yüksək qiymətləndirirəm".

Tarix
2021.09.24 / 12:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla