Yuxarı

Alman nəşri: Bu, ermənilər üçün milli həqarətə çevrildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alman nəşri: Bu, ermənilər üçün milli həqarətə çevrildi

Almaniyanın “Ştern” nəşrində Azərbaycan xalqının işğal altında olan ərazilərinin azad edilməsi uğrunda Vətən müharibəsinin başlanmasının birinci ildönümü barədə məqalə dərc olunub.

Axar.az xəbər verir ki, “Ermənistanda və Azərbaycanda Qarabağ münaqişəsinin qurbanları yad edilir” sərlövhəli məqalədə Cənubi Qafqazın hər iki ölkəsində dünən bir dəqiqəlik sükut və anma mərasimlərinin keçirildiyi qeyd olunur.

“Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq”, - deyə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən sitatlar gətirən alman nəşri Azərbaycan liderinin ciddi xəbərdarlığını da diqqətə çatdırır:

“Əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik”.

Məqalədə həlak olan yoldaşlarının portretlərini əllərində tutan minlərlə əsgərin Bakı küçələrində yürüşü barədə də xəbər verilir.

Nəşr vurğulayır ki, ermənilərin çoxu müharibənin nəticələrini milli həqarət kimi qəbul edirlər. Onlar bunun günahını hər şeydən əvvəl hökumət başçısı Nikol Paşinyanda görürlər.

“Ştern” nəşri yazır:

“Gərginlik yüksək olaraq qalmaqdadır. Sərhəd boyunca qarşıdurmalar davam edir, bu da münaqişənin yenidən başlaması təhlükəsini gücləndirir”.

Tarix
2021.09.28 / 19:33
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Simonyanla müzakirə apardı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla