Yuxarı

Bayramov Fələstinin XİN rəhbəri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Fələstinin XİN rəhbəri ilə görüşdü

Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yüksək səviyyəli görüş çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin xarici işlər naziri Riad əl-Maliki ilə görüşüb.

Bu barədə Axar.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüşdə Fələstinin xarici işlər naziri Azərbaycanın Qoşulmama Hərəkatı sədri kimi uğurlu və aktiv fəaliyyətini qeyd edib. Nazir Maliki Qoşulmama Hərəkatının 60 illik yubileyinə həsr olunmuş tədbirin uğurla keçirilməsi münasibətilə nazir Ceyhun Bayramovu təbrik edib.

Tərəflər ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf potensialını qeyd edib, bu xüsusda ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib.

Görüşdə nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tarix
2021.10.12 / 21:04
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla