Yuxarı

Putinlə Paşinyan nələri müzakirə etdi? – Bozoyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinlə Paşinyan nələri müzakirə etdi? – Bozoyan

Prezident Vladimir Putinin Nikol Paşinyanla əsas müzakirə mövzusu üçtərəfli bəyanatların icrası, demarkasiya və delimitasiya məsələləri, o cümlədən Türkiyənin təklif etdiyi “3+3” formatıdır.

Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında erməni politoloq Ervand Bozoyan Putin-Paşinyan görüşünü şərh edərkən deyib.

Bozoyan xatırladıb ki, Türkiyə Prezidenti Ərdoğan hələ 2008-ci ildə belə bir təşəbbüslə çıxış etmişdi, sadəcə, o vaxt “Qafqaz platforması” adlanırdı. O vaxt bu təşəbbüsə Rusiya o qədər də aktiv reaksiya vermədi:

“Ancaq İkinci Qarabağ savaşından sonra Cənubi Qafqazda geosiyasi konfiqurasiya dəyişdi, AB və ABŞ-ın regionda rolu zəiflədi, əvəzində Türkiyənin mövqeyi gücləndi. Bunu nəzərə alaraq Rusiyanın da mövqeyinin dəyişdiyini düşünmək olar. Yeri gəlmişkən bu fakt öz maraqlarına təsir edə biləcək prosesdən kənarda qalmaq istəməyən Tehranın hazırkı fəaliyyətini izah edir”.

Bozoyan bildirib ki, sülh sazişinin görüşdə müzakirə edildiyini düşünmür:

“Hazırda çoxsaylı çətin suallar var və onların həlli üçün zaman lazımdır. Əsas demarkasiya və delimitasiya, kommunikasiyaların açılması və Qarabağın “statusu”dur”.

Qeyd edək ki, Putinlə Paşinyan arasında bu gün baş tutan görüşdən sonra nələrin müzakirə edildiyi barədə rəsmi açıqlama yayılmayıb.

Tarix
2021.10.12 / 23:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla