Yuxarı

YAP və AKP arasında videokonfrans keçiriləcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
YAP və AKP arasında videokonfrans keçiriləcək

Oktyabrın 26-da Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında videokonfrans keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Vətən müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda keçirilən dəyirmi masada bildirib.

Tahir Budaqov deyib ki, videokonfransın müzakirə mövzusu Vətən müharibəsində əldə edilən Qələbə və bölgədə yaranan yeni reallıqlardır.

Vətən müharibəsində qazanılan Qələbədən sonra Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını qeyd edən YAP sədrinin müavini deyib: “Artıq YAP Gənclər Birliyinin nümayəndələri Qazaxıstanda səfərdə olublar. Ukrayna və Özbəkistanın siyasi partiyalarından da əməkdaşlıq təklifləri var. Çin Kommunist Partiyası da diplomatik kanallar vasitəsilə bizimlə videokonfrans formatında görüşmək istəyir. Bu görüşün mövzusu ilə bağlı müzakirələr aparılacaq”.

Tahir Budaqov vurğulayıb ki, türk dövlətlərinin siyasi partiyaları ilə ikitərəfli əlaqələrin formalaşması istiqamətində də mühüm addımlar atılacaq.

Tarix
2021.10.21 / 20:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla