Yuxarı

Tehranın Bakıya münasibəti erməniləri narahat etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Azərbaycana yönəlik qeyri-adekvat reaksiyalarından maksimum istifadə etməyə çalışan və bu münasibətləri kəskinləşdirmək üçün katalizator rolunu oynayan İrəvan diplomatiyası yeni uğursuzluqla izləşdi.

Axar.az xəbər verir ki, Tehran-Bakı gərginliyindən istədiyini ala bilməyən İrəvan hazırda İranın Azərbaycana münasibətinin müsbətə doğru dəyişməsindən narahatlığını açıq şəkildə ifadə edir.

Erməni ekspertlər isə Tehranla Bakı arasında diplomatik müstəvidə uğurlu irəliləyişləri “İranın geri çəkilməsi” kimi qiymətləndirirlər.

Şərqşünas Armen Petrosyan Azərbaycanın iki iranlı sürücünü azad etməsinin Tehranla Bakı arasında kompromisin əldə edilməsinin əlaməti adlandırıb. O deyib ki, Tehran öz sürücülərinə Qarabağa yük daşımalarını qadağan edəndən dərhal sonra Azərbaycanın iranlı sürücüləri azad etməsi bir-birinə bağlı məsələdir:

“Əlbəttə, demək olar ki, İran Azərbaycanın təzyiqi qarşısında geri çəkildi və sürücülərinə Qarabağa yük daşımağı qadağan etdi. Ancaq biz gələcəkdə görəcəyik ki, İranın bu çağırışı iranlı yük sürücüləri və nəqliyyat şirkətləri üçün nə qədər keçərlidir. Çünki Hidayətinin (İran Beynəlxalq Daşımalar və Tranzit Təşkilatının baş direktoru) məktubu hüququ akt deyil, tövsiyə xarakterlidir”.

Petrosyan İranın nəqliyyat-daşıma şirkətlərinin bu tövsiyələrə tam əməl edəcəyinə inanmadığını söyləyib:

“Qarabağda tikinti gedir, orda tikinti materialları və neft məhsulları üçün tələbat var, İran şirkətlərinin bundan imtina edəcəyinə inanmıram”.

Erməni ekspert İran-Azərbaycan münasibətlərində Türkiyənin də rolu olduğunu bildirib:

“Etiraf edək ki, aqressiv ritorika aradan qalxıb, ancaq bu məsələdə Türkiyənin də rolu oldu. Ərdoğanın İranı “düşünməyə çağırması” bir daha təsdiqlədi ki, Azərbaycan Türkiyənin tam dəstəyinə sahibdir”.

Petrosyan hazırkı vəziyyətin “müvəqqəti” olacağını iddia edib və dolayısı ilə Ermənistanın bu istiqamətdə fəaliyyətini davam etdirməsi gərəkdiyini bildirib.

Tarix
2021.10.22 / 23:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla