Yuxarı

Qarabağla bağlı bəzi siqnallar var - Akar

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mina xəritələrinin ən qısa zamanda verilməsi ilə bağlı danışıqlar davam edir. Prezidentimizin Azərbaycana səfəri zamanı diqqət çəkdiyi məsələ regionda atəşkəsə bağlı sabitliyin və əmin-amanlığın bərqərar olmasıdır.

Axar.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

“Tək bir ölkə üçün deyil. Bu məqamda hər kəsin masa arxasına əyləşib müzakirə etməsi və atəşkəsin daimi olması, sabitliyin təmin edilməsi, insanların əmin-amanlıq və firavan yaşaması vacibdir. Bunun üçün nə etmək lazımdırsa, biz Türkiyə Cümhuriyyəti olaraq hər bir məsələdə olduğu kimi, bu məsələdə də çox konstruktiv danışıqlara, dialoqa açıq, ağlabatan və məntiqli həll yollarını ortaya qoyuruq.

Atəşkəsin əldə edildiyi ilk gündən Türkiyə Silahlı Qüvvələri minalardan təmizləmə işlərinə qoşulub. Minalar və əldəqayırma partlayıcı maddələr təmizləndikcə bu ərazilər daha təhlükəsiz, kənd təsərrüfatı və məskunlaşma üçün açıq olur. Eyni fəaliyyəti Liviyada da edirik. Bununla əlaqədar olaraq Silahlı Qüvvələrimizin şəxsi heyəti dost və qardaş ölkələrin Silahlı Qüvvələrinə bu mövzuda təlimlər keçirir.

Bəzi siqnallar var. Bizim gözləntimiz regionun rahatlıq və dinclik tapması yönümündədir", - deyə Akar bildirib.

Tarix
2021.10.28 / 14:14
Müəllif
Gülnarə Kazımova
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla