Yuxarı

İrəvan keçmiş və qondarma “dqr”i tanıya bilər? – Nikol

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan keçmiş və qondarma “dqr”i tanıya bilər? – Nikol

Bu gün onlayn formatda jurnalistlərin suallarını cavablandıran Ermənistan Baş naziri Nikol Paşinyana provokativ sorğular da ünvanlanıb.

Axar.az xəbər verir ki, erməni mediasının nümayəndələri keçmiş və qondarma “dqr”i bir daha gündəmə gətirməyə çalışıb və İrəvanın onun “müstəqilliyinin” tanıması imkanlarının nə qədər olduğunu soruşub.

Paşinyan isə cavabında deyib ki, İrəvan Qarabağla bağlı danışıqların Minsk Qrupu formatında dirçəldilməsinə çalışır.

“Beynəlxalq hüquq dilində danışmaq lazımdır”, - deyə N.Paşinyan fikrini yekunlaşdırıb.

Qeyd edək ki, beynəlxalq hüquq keçmiş Dağlıq Qarabağı hər zaman Azərbaycanın tərkib hissəsi hesab edib. Yeni reallıqda isə belə bir qurum yoxdur və Azərbaycan hazırda rus sülhməramlılarının himayəsində yaşayan cəmi 19 min erməniyə hansısa mədəni status vermək niyyətində olmadığını dəfələrlə elan edib.

İrəvanın MQ-ni diriltmək təşəbbüslərini də Bakı rədd edir.

Tarix
2021.11.23 / 23:05
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla