Yuxarı

Yaxın aylarda Qarabağa köç başlayır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaxın aylarda Qarabağa köç başlayır

Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində böyük işlər görülür.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Karabakh Memorial” internet resursunun təqdimat mərasimində deyib.

O qeyd edib ki, yaxın aylarda keçmiş məcburi köçkünlər arasında ilk ailələrin evlərinə qayıtmasının şahidi olacağıq:

"Bu gün Azərbaycan artıq ərazi bütövlüyünü bərpa edib. Bundan sonrakı mərhələdə bizim işimiz ikiqat artır. Həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Ermənilər tərəfindən törədilən hər bir cinayət sənədləşdirilir və aidiyyəti üzrə beynəlxalq təşkilatların diqqətinə çatdırılır. Bu cinayətlərin beynəlxalq müstəvidə Ermənistana qarşı iddia olaraq qaldırılması istiqamətində işlər gedir. Avropa İnsan Hüquqları Məhkəməsində bu ilin yanvar ayında qaldırılan iddia çərçivəsində iş davam edir. Bu ilin sentyabr ayında Beynəlxalq Cinayət Məhkəməsində qaldırılan işlə bağlı da proses davam etdirilir. Lakin bu, son deyil. Bu işlərin, iddiaların qaldırılması davam etdiriləcək. İlk növbədə, beynəlxalq ədaləti təmin etmək üçün bu, çox vacibdir”.

Tarix
2021.11.25 / 17:10
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

Azərbaycanda həyat səviyyəsi daim yaxşılaşır - To Lam

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla