Yuxarı

XİN rəhbəri OPEK-in baş katibi ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 yanvar 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfəri çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) Baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

XİN-dən Axar.az-a verilən məlumata görə, görüş çərçivəsində Baş katib Azərbaycan ilə əməkdaşlıqdan məmnunluqla bəhs edərək, 2016-cı ildə dünya neft bazarının sabitləşdirilməsi məqsədilə Azərbaycan dövlət başçısı İlham Əliyevin Dünya İqtisadi Forumunda OPEK-ə üzv olan bütün ölkələrin və təşkilata üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən ilk lider olduğunu xatırladı. Bu təşəbbüsün OPEK-ə üzv olan və qeyri-üzv ölkələrdə geniş müzakirələrə səbəb olduğu və məhz Azərbaycan Prezidentinin dəstəyi ilə qısa zaman ərzində 2016-ci ilin dekabr ayında OPEK Plus formatının yaradıldığını qeyd etdi. Baş katib OPEC Plus formatında birgə fəaliyyətin dünya neft bazarında qiymətlərin sabitləşməsinə töhfə verdiyini söylədi.

Nazir Ceyhun Bayramov OPEK Plus formatında uğurlu əməkdaşlığımızdan danışaraq, Azərbaycanın bu formatda əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu qeyd etdi. O, Baş katib Məhəmməd Barkindonun rəhbərliyi altında OPEK Plus formatında uğurlu addımların atıldığını və bunun nəticəsində dünya neft qiymətlərinin sabitləşdiyini bildirdi.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.

Tarix
2022.01.20 / 23:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla