Yuxarı

Zas Yança ilə sərhəddəki durumu müzakirə etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zas Yança ilə sərhəddəki durumu müzakirə etdi

Rusiyanın vasitəçiliyi ilə Bakı və İrəvan arasında əldə edilən razılaşmalar sayəsində Qafqaz regionunda vəziyyət nisbətən sakit olaraq qalır.

Axar.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença ilə danışığı zamanı deyib.

Onun sözlərinə görə, vəziyyəti daha da normallaşdırmaq üçün dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı əməli işlərə ehtiyac var.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sərhədlər delimitasiya olunmayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Ermənistanla sərhədin delimitasiyası hər hansı qeyd-şərt olmadan həyata keçirilməlidir.

Nazir Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının iki dövlət arasında münasibətlərin normallaşmasının mühüm elementi kimi nəzərdən keçirildiyini və Azərbaycanın bu prosesə vaxt itirmədən başlamağın tərəfdarı olduğunu bildirib. Təəssüflə qeyd olunub ki, Ermənistanın bu məsələdə yanaşması, o cümlədən Ermənistan tərəfindən bu xüsusda nümayiş etdirilən mövqe və delimitasiya prosesinə başlanılmasına dair bir sıra ön şərtlərin irəli sürülməsi qətiyyən məqbul deyil.

Tarix
2022.01.21 / 01:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla