Yuxarı

Putinin ABŞ-a cavabı necə olacaq? – 3 mümkün ssenari

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və NATO-nun cavabından sonra əsas müzakirə mövzusu Rusiyanın hansı addımları atacağı üzərindədir.

Qərb Moskvanın tələblərini – NATO-nun şərqə doğru genişlənməməsi (Ukrayna və digər yeni üzvlərin qəbul edilməməsi), 1997-ci il aktına uyğun mövqelərə çəkilməsi, Rusiya sərhədləri yaxınlığında raketlərin yerləşdirilməməsi və s. – qəbul etmədi, hətta ittifaqın Baltik və Qara dənizdə mövcudluğunun gücləndiriləcəyi bəyan edildi.

Və beləliklə, rusların tələbi ilə başlanan qarşıdurma amerikalıların cavabı ilə növbəti mərhələyə keçir. Qərb rusların istəyini geri çevirməklə yanaşı, Moskvanın qəbul etməyəcəyi tələblər – rus qoşunlarının Donbas, Abxaziya və Cənubi Osetiya, Dnestryanı kimi ərazilərdən çıxarılması – də irəli sürür və bu, artıq başlandığı görünən “yeni soyuq müharibə”nin daha da kəskinləşəcəyini qaçılmaz edir.

Rəsmi Moskva bəyan edir ki, atılacaq addımlara Putin qərar verəcək.

Hansı addımlar atıla bilər, mümkün ssenarilər nələrdir?

Rusiyanın Ukraynaya müdaxilə edəcəyi ssenarisi o qədər də güclü olmayan versiya olaraq qalır. Sərhədə yığılan qoşunun hədəfi daha çox masada qalib gəlmək üçün “əzələ nümayişi” məqsədi daşıyır. O da istisna deyil ki, ruslar müdaxilə ssenarisi üzərində işləyirlər, lakin bu, ən sonda atıla biləcək addım ola bilər. Qarşıdakı dövrdə Moskvanın bir neçə ssenari üzrə hərəkət edə biləcəyi mümkündür.

Birincisi, Donbas və Luqanskda separatçıları silahandırmağı sürətləndirəcək: hakim Vahid Rusiya Partiyası bununla bağlı artıq Putinə müraciət edib və bu, Ukraynanın separatçılara qarşı anti-terror əməliyyatı riskinə hesablanıb;

İkincisi, Rusiya “əzələ nümayişi”ni genişləndirə bilər: Şərqi Avropa sərhədlərində hərbi təlimləri artıra və təlimlər adı ilə əlavə qoşunları bölgəyə cəlb edə bilər;

Üçüncüsü, Şərqi Avropa sərhədlərində hərbi varlığı artıracaq Moskva Avropa üzərindən NATO daxilində cəbhələşməni dərinləşdirməyə çalışa bilər:

a) “Normand formatı” üzrə danışıqları bərpa etmək istiqamətində işləyəcək: iki gün öncə bu formatda görüş keçirildi və növbəti görüşün iki həftə sonra olması üzərində razılıq əldə olundu;

b) Avropanı qaz rıçağı ilə sıxaraq, Fransa və Almaniyanın ABŞ cəbhəsində yer almasının qarşısını almaq, beləliklə, Şimal Alyansı daxilində fikir ayrılığını genişləndirmək strategiyasını izləyə bilər;

Bu kontekstdə “Şimal axını 2” qaz kəmərinin operatoru olan “Nord Stream 2 AG” şirkətinin “Gas for Europe GmbH” törəmə müəssisəsini yaratdığını elan etməsi diqqət çəkir: bu, layihənin sertifikatlaşdırılması üçün həyata keçirilən işlərdən biri idi və uzun müddətdən sonra ruslar alman qanunvericilyinin tələbini yerinə yetirdilər; qarşıdurma fonunda sertifikatın alınması asan olmasa da, prosesdə praktiki mərhələnin başlandığı görünür; Və bu, “Şimal axını” layihəsi, ümumilikdə Avropanın enerji təchizatı məsələsində Almaniya-Fransa ikilisinin ABŞ-la fikir ayrılığının davam etdiyinin real nümunələrindəndir.

Rusiya Avropanın vəziyyətindən NATO-ya qarşı maksimum istifadə etməyə çalışacaq. ABŞ buna qarşı hərbi müstəvidə addımları – bölgəyə qoşunların göndərilməsi və s. – genişləndirməklə Avropanı Rusiyaya qarşı cəbhədə birləşməyə məcbur etmək strategiyasını izləyə bilər. Qarşıdurma “soyuq müharibə” qaydaları ilə davam edəcək, həm hərbi, həm informasiya cəbhəsində...

Tarix
2022.01.28 / 11:17
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla