Yuxarı

Bayramov Abdullahianla danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Abdullahianla danışdı

Yanvarın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

XİN-dən Axar.az-a verilən məlumata görə, nazirlər, iki ölkə arasındakı münasibətlərin müxtəlif aspektlərinin inkişafından məmnunluq ifadə ediblər.

Son həftə ərzində İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin Azərbaycana səfərinin nəticələri və əldə olunmuş razılıqlar, habelə Azərbaycan müdafiə naziri Zakir Həsənovun İrana səfəri və bu çərçivədə keçirilmiş görüşlər iki ölkə arasındakı əlaqələrin inkişafının bariz göstəricisi kimi vurğulanıb.

Tərəflər, o cümlədən birgə layihələrin həyata keçirilməsini, Astaraçay üzərində təməli qoyulmuş yeni körpünün, eləcə də İran Astarasında dəmir yolu yük terminalının tikintisinin 2022-ci ildə tamamlanmasının hədəflənməsinin ikitərəfli əlaqələrin inkişafına müsbət təsir edəcəyini qeyd ediblər.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının bu ilin mart ayında Bakıda keçirilməsinin planlaşdırıldığı məmnunluqla bildirilib.

Nazirlər, Azərbaycanın azad olunmuş torpaqlarında İran şirkətlərinin yaxın zamanlarda konkret layihələrlə işə başlayacağını vurğulayıb və bununla əlaqədar fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.

Tarix
2022.01.28 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla